Elektron ədəbiyyat və sənət portalı

“Steynbekin sirləri”

Bölmə: Qüsurlu tərcümələr 22.06.2018

Mətnin adı: “Steynbekin sirləri”

Tərcümə edən: Elcan Salmanqızı

 

Öncə, onu qeyd edək ki, məqalənin hansı dildən tərcümə edildiyinin bildirilməməsi istənilən kütləvi informasiya vasitəsi üçün məqbul deyil.

  1. Birinci cümləyə nəzər yetirək: “...” saytında tanınmış yazarların yeni yazarlara verdikləri məsləhətləri və paylaşdıqları təcrübələri çatdırmaqda davam edirik”. Cümlə həm morfoloji, həm də sintaksis baxımdan qüsurludur. Burada dilin ahəng qanunauyğunluğu təkcə fonetik cəhətdən deyil, həm də leksik anlamda nəzərə alınmayıb. Cümləni belə də verməlk olardı: “..." saytında tanınmış yazarların gənc qələm sahiblərinə məsləhətlərini və yaradıcılıq təcrübələri haqda söylədiklərini təqdim edirik”.  Nəticədə  dilin sintaksis bağlantıları öz yerini tapar, cümlənin anlaşılması asanlaşardı.  
  2. Bu dəfə Con Steynbekin "The Paris Review” jurnalında paylaşdığı xırda ədəbiyyat sirlərini və bir neçə məsləhəti paylaşırıq:” Cümlənin quruluşu sintaksis baxımdan qüsurludur.

Düzgün yazılış bu cür olmalıdır: Bu dəfə Con Steynbekin "The Paris Review” jurnalında yer almış ədəbiyyatla bağlı bəzi qısa mülahizə  və məsləhətlərini paylaşırıq.”

 

  1. Yenidən yazılmağa ehtiyacı olmayan bir səhifə tamamlamaq özü böyük bir işdir. Cümlə qüsurludur. Morfoloji və cintaksis qaydalar pozulub.

Düzgün yazılış bu cür olmalıdır: Yenidən yazmağa ehtiyac olmayan bir səhifəni tamamlamağın özü də böyük bir işdir.

 

  1. İşi bitirmədən üzərində düzəliş aparmaqla həm prosesi ləngidəcək, həm də yazmamaq üçün özünüzə bəhanə istehsal etmiş olacaqsınız. Cümlə qüsurludur. Morfoloji və cintaksis qaydalar pozulub.

 

Düzgün yazılış bu cür olmalıdır: İşi bitirmədən üzərində düzəliş aparmaqla həm prosesi ləngidəcək, həm də yazmamaq üçün əlinizə  bəhanə düşəcək.

 

  1. Tanıdığım ya da xəyal etdiyim biri üçün yazırammış kimi yazdığım çox olub və bəhrəsini də çox görmüşəm. Cümlə qüsurludur. Morfoloji və cintaksis qaydalar pozulub.

 

Düzgün yazılış bu cür olmalıdır: Tanımadığım, xəyalımda tutduğum biri üçün yazdığım çox olub, bəhrəsini də yetərincə görmüşəm.

 

  1. Ola bilər ki, həmin hissənin istədiyiniz kimi alınmamasının səbəbi olmalı olduğu yerdə olmamasıdır. Cümlə qüsurludur. Morfoloji və cintaksis qaydalar pozulub.

 

Düzgün yazılış bu cür olmalıdır: Bəlkə də həmin hissənin istədiyiniz kimi alınmamasının səbəbi onun öz yerində olmamasıdır.

 

  1. Yazdıqlarınız arasında ən çox hansı hissəyə diqqət etməlisiniz – özünüzün ən çox bəyəndiyiniz hissəyə. Cümlə qüsurludur. Morfoloji və cintaksis qaydalar pozulub. Leksik cəhətdən düzgün deyil.

 

Düzgün yazılış bu cür olmalıdır: Yazdıqlarınız arasında özünüzün ən çox bəyəndiyiniz hissəyə diqqət etməlisiniz .

 

  1. O parça sırf yaxşı yazıldığı üçün ümumilikdə əsərə uyğunlaşmadığını, yamaq kimi durduğunu hiss etməmək ehtimalınız çox yüksəkdir. Cümlə qüsurludur. Morfoloji və cintaksis qaydalar pozulub.

 

Düzgün yazılış bu cür olmalıdır: O parça tamamilə qüsursuz yazıldığı üçün ümumilikdə əsərə uyğunlaşmaması, yamaq kimi görünməsi ehtimalı qətiyyən ola bilməz..

 

  1. Dialoq yazırsınızsa, ya yüksək səslə danışaraq yazın, ya da yazdıqdan sonra yüksək səslə oxuyun. Cümlə qüsurludur. Morfoloji və cintaksis qaydalar pozulub.

 

Düzgün yazılış bu cür olmalıdır: Dialoqu ucadan deyə-deyə yazın. Ya da yazdıqdan sonra ucadan oxuyun.

 

  1. Yalnız bu yolla dialoqa danışıq dili verə bilərsiniz. Cümlə qüsurludur. Morfoloji və cintaksis qaydalar pozulub.

 

Düzgün yazılış bu cür olmalıdır: Yalnız onda dialoq təbii alınar.

 

 

ELM VƏ TƏHSİL ŞÖBƏSİ.