Elektron ədəbiyyat və sənət portalı

Misir qəzeti Elçinin “Baş” romanından yazdı

Misirin məşhur “Əl-Əhram” qəzeti Xalq yazıçısı Elçinin Qahirənin “Əl-Ədəb” nəşriyyatında işıq üzü görmüş “Baş” romanı haqqında geniş məqalə dərc edib. Kitabın müfəssəl təhlilini verən məqalədə Azərbaycan Tərcümə Mərkəzinin ərəb dünyası ilə sıx əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi digər beynəlxalq layihələr haqqında da geniş məlumat yer alıb.

1875-ci ildən nəşr olunan və hal-hazırda milyona yaxın tirajla çıxan gündəlik “Əl-Əhram” qəzeti 20-dən çox ərəb ölkəsinə yayılır.