Birləşmiş Ərəb Əmirliklərinin Şarja Kitab Təşkilatının “Əl-Naşir əl-Usbui” jurnalı Azərbaycan Tərcümə Mərkəzinin fəaliyyəti barədə məqalə dərc edib. Yazıda Mərkəzin “Çağdaş Ukrayna şeiri” (“Kişi, qadın və çətir”), gürcü dilində Gürcüstanda işıq üzü görmüş “Azərbaycan ədəbiyyatı antologiyası” və sair nəşrlərinə dair geniş məlumat yer alıb.