Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün onlayn versiyası Mərkəzin “Açıq kitab” elektron kitabxana portalına yerləşdirilib.
Oxucular www.achiqkitab.az saytının “Tərcümə Mərkəzinin kitabları”bölməsinə daxil olmaqla kitabdan pulsuz yararlana bilərlər.
Qeyd edək ki, Sözlük – Azərbaycan dilinin söz ehtiyatının kəmiyyət üzrə deyil, saf Azərbaycan sözlərinin, eləcə də dilimizə daxil olmuş, işləklik qazanmış alınma söz və terminlərin seçimi və vahid, düzgün yazılış qaydası prinsipi üzrə tərtib edilib.