Dili xalq yaradır, filoloqlar kəşf edir və sistemləşdirir, yazıçılar isə onun üzərində söz sənəti yaradırlar.
V.Belinski
Dilin pisi-yaxşısı olmur... Çünki dil yalnız güzgüdür. O güzgüyə gileylənmək yersizdir.
S.Dovlatov
Çox dil bilən adamın sanki bir qıfıla bir neçə açarı var.
Volter
Dil – fikrin libasıdır.
S.Conson
Xarici dil bilməyən adam öz dilini də yaxşı bilməz.
İ.Höte
Dil elə bir qurğudur ki, gərək yayının cırıldamağına imkan verməyəsən.
A.Rivarol
Dillər arasında fərq o qədər böyükdür ki, bir dildə kobud səslənən söz o biri dildə tamam fərqli səslənir.
D.Drayden
Dil və söz ağacın budağı və yarpağı kimidir.
A.Peres
Dil xalqın təfəkkürünün güzgüsüdür; hər irqin intellekti stereotip kimi dilinə keçir və medal kimi ora həkk olunur.
X.Sexador
Nə olur-olsun, doğma dil doğmalığında qalır. Ürəkdən danışmaq istəsən, ağlına bir fransız sözü gəlməz. Əgər seçilmək istəyirsənsə, bu başqa məsələ.
L.Tolstoy
Yalnız ölü dillər əbədiyyətə qovuşur.
A.Rivarol
Hər dilin öz söz axını, harmoniyası var.
K.Batyuşkov
Bir xalqın xarakterini bilmək istəyirsənsə, əvvəlcə onun dilini öyrən.
Pifaqor
Dili qorumaq lazımdır. Dil sadə və zərif olmalıdır.
A.Çexov
Əgər dilə öz şirəsindən, kökündən bəhrələnməyə və öz mayasında qıcqırmağa imkan verməsəniz, dil zənginləşməz, müasir tələblərə cavab verməz.
V.Dal
Yaxşı ifadə edilmiş fikir bütün dillərdə müdrik səslənir.
D.Drayden
Dil - taqqıldadıb musiqi çaldığımız çatlamış qazana oxşayır. Bu səs, elə bil, ayı rəqsi üçün nəzərdə tutulub.
Q.Flober
Ən mükəmməl dil o dildir ki, onun vasitəsilə az sözlə böyük məna ifadə edə biləsən.
P.Buast
Gözəl dil hətta ən sarsaq fikrə də ləyaqət donu geyindirir.
V.Şvebel
Şeir dili ilə nəsr dili arasında fərq axtarmaq yersizdir. Saf şeir dilini oxuyub başa çatdırmaq olmaz, saf nəsr dilini isə öyrənməyə dəyməz.
U.Oden
Dilini bilmədiyin adamın nə vaxt susduğunu da bilməzsən.
S.Lei
Hazırladı: N.ƏLİYEVA