Bir dəfə böyük Amerika yazıcısı Ernest Heminquey cəmi 6 sözdən ibarət olan, hamını təsirləndirəcək ən kiçik hekayə yazmaq üçün mərcə girir. Yazıçı mərci "Uşaq botinləri satılır. Geyilməyib." hekayəsi ilə udur. Həmin vaxtdan onun təcrübəsi çoxlarına maraqlı gəlir. Bir sıra yazıçılar 6 sözdən ibarət, oxucunu təsirləndirməyə, təəccübləndirməyə və heyrətləndirməyə qabil olan tarixçələr qələmə almağa can atırlar.
Həmin tipdə yazılmış hekayələrdən bəzilərini təqdim edirik:
* Yadlar. Dostlar. Yaxın dostlar. Sevgililər. Yadlar.
* "Nömrəni səhv salmısınız", - tanış səs eşidildi.
* Sərnişinlər, sizinlə indi danışan kapitan deyil.
* Mən doğma ruhu tapdım. O isə tapmadı.
* Paraşüt satıram: indiyədək açılmayıb, azacıq ləkələnib.
* Qızıl toyumuzdur. Birnəfərlik masa sifariş etmişəm.
* Bu gün yenidən anamın təsəvvüründə canlandım.
* Səyyah dəfələrlə işarə verdi, Yersə susurdu.
* Mən evə qızılgül gətirdim. Açar düşmədi.
* Axır anam mənə üzümü qırxmağı öyrətdi.
* Sınmış qabaq şüşədə yazılmışdı: "Gənc ər-arvad".
* Yataq otağımız. İki səs. Qapını döyürəm.
* Mən tullandım. Sonra isə fikrimi dəyişdim.
* Əksim elə indicə mənə göz vurdu.
* Bağışla əsgər, biz botinləri cüt satırıq.
* O şüşədən öz arvadının qatilini yedizdirir.
* Özünü yaşlı sayırdı. Böyüdü. Təxəyyülünü itirdi.