Məşhur Argentina yazıçısı Xorxe Luis Borxes ömrünün son illərində dünya işığına həsrət qalsa da, həyatı özünəməxsus tərzdə görə, insan qəlbini oxuya bilib. Onun hekayə, esse və şeirlərindəki müdrik fikirlər oxucuları düşünməyə vadar edir:
Cənnəti hərə bir cür təsəvvür edir: mən isə hələ uşaq yaşlarımdan onu təxəyyülümdə kitabxana kimi canlandırıram.
Mənim sənə bir məsləhətim var: adamların sözlərinə, səni artıq görmək istəməyən qadına görə boynunu boyunduruğa salma.
Bizə sitatdan başqa bir şey qalmayıb, dilimiz – sitatlar sistemidir.
Bir qayda olaraq, poeziyadan, onu zəif duyan adamlar daha çox danışırlar.
Həqiqət bundan ibarətdir ki, bizi yaxın və çox sevdiyimiz adamlardan başqa kimsə incidə bilməz.
Biz, doğrudan da, mümkün olan hər şeyi sonraya saxlaya-saxlaya yaşayırıq; ola bilsin, qəlbimizin dərinliklərində əbədi olduğumuza, gec-tez bütün işləri görməyə və hər şeyi dərk etməyə imkan tapacağımıza inanırıq.
Dostluq hissi sevgidən, yaxud həyat adlandırdığımız qarmaqarışıqlığın digər təzahürlərindən az sirli deyil. Bəzən mənə elə gəlir ki, sirli olmayan yeganə hiss –xoşbəxtlikdir. Çünki xoşbəxtlik özünə qapılmadır.
Romanların qəhrəmanları ilə onların bədbəxtliklərindən sarsılmağa adət edib, öz bədbəxtliklərimizi unuduruq.
Bəziləri yazdığı, mən isə oxuduğum əsərlə fəxr edirəm.
Ətrafda hər şey sirlidir, amma bəzi şeylərdə bu sirr aşkardır: dənizdə, sarı rəngdə, qocaların gözlərində, musiqidə…
Çoxdan anlamışam ki, əgər yaddaşından silməyə özündə güc tapa bilmirsənsə, onda hər şey – sifət, söz, kompas, marka, siqaret – səni dəli eləyə bilər.
Doğmalarını bağışlayanlar xoşbəxtdirlər, öz günahını bağışlayan adam isə ikiqat xoşbəxtdir.
Başqalarını əməllərinə görə mühakimə edib, istəyirik bizi imkanlarımıza görə mühakimə eləsinlər.
Həyat – Tanrının gördüyü yuxudur.
Sirr sahibi olmaq, sirr verməkdən daha yaxşıdır.
Biz artıq tərəqqiyə inanmırıq. Məgər bu özü tərəqqi deyil?
Bəzən kişi qadının sevgisini, onu unutmaq, onun haqqında düşünməmək üçün qazanmaq istəyir.
Düşmənə möminlər mərhəmət göstərə bilərlər və bu, o qədər də çətin deyil. Düşməni sevmək isə insanların yox, mələklərin işidir.
İstənilən seçim qərəzli ola bilər.
Biz öz sifətimizdən tez qocalırıq.
Sevmək – Tanrının əbədiliyinə inanmaq deməkdir.
Biz hər cür möcüzə yaratmağa qadirik, amma etmirik, çünki həmin möcüzənin təxəyyüldə qalması daha yaxşıdır.
Hazırladı: Nəriman