Elektron ədəbiyyat və sənət portalı

Tərcümə haqqında aforizmlər

Bölmə: Tərcümə sənəti 28.07.2018

 

Hansısa bir şeiri tərcümə eləmək üçün ən əvvəl gərək şairi tanıyasan.

Sergey Averintsev

 

Tərcümə lüğətin bitdiyi yerdən başlayır.

Mən sözü yox, fikri tərcümə edirəm.

İeronim Stridonski

 

Poetik tərcümə vacibdir, ancaq mümkün deyil.

Yevgeni Vitkovski

 

Bəli, Nabokov "Onegin"i rus dilindən çevirib, amma ingilis dilinə çevirə bil­məyib.

Brayan Boyd

 

Tərcüməçi bir gözəlin naməlum üstünlüklərini tərifləyən və onunla tanışlığa sövq edən vasitəçini xatırladır.

İohann Volfanq Höte

 

Oxucunun gözündən qaçanlar tərcüməçinin gözündən qaça bilməz.

Kiçik Plini

 

Tərcüməçinin müəllifə münasibəti meymunun insana münasi­bəti kimidir.

Haynrix Heyne

 

Tərcüməçi tapyor (rəqs məclislərində piano çalan adam) yox, akkompaniator (müşayiətçi) olmalıdır.

Sigizmund Krjijanovski

 

Poeziyanı tərcümə etmək mümkün deyil. Məgər musiqini tərcü­mə etmək olar?

Volter

 

Kim mətni dəqiq tərcümə edirsə, deməli, aldadır, kim də­qiq tərcümə etmirsə, deməli, ələ salır.

Yequda ben İlai

 

Tərcümə poetik yaradıcılığın qüsurlarına işıq, gözəlliyinə kölgə salır, yalnız və yalnız tərcüməçinin öz ana dilini mükəmməlləşdirir.

Antuan de Rivarol

 

 

Hazırladı: N.Əliyeva