Belarusun məşhur “Sozvuçie” (http://sozvuchie.by/poeziya/item/3808-larets-zhemchuzhin-poeziya-azerbajdzhana-mekhseti-gyandzhevi.html) ədəbi portalı Azərbaycan Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində XII əsr Azərbaycan şairi Məhsəti Gəncəvinin həyatına dair məlumata və rübailərinə geniş yer ayırıb. Məlumatda deyilir: “...İntibah dövrü korifeyləri arasında yeganə xanım olan Məhsətinin lirikasında Dantenin divanəliyi, Petrarkanın zərifliyi, Bokkaççonun işvəsi duyulur...”
“Sozvuçie” bir qədər əvvəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında da geniş materiala yer ayırmışdı.