Dili xalq yaradır, filoloqlar sistemləşdirir, yazıçılar isə ondan söz sənəti yaradırlar.
V.Belinski
Çox dil bilən adamın sanki bir qıfıla bir neçə açarı olur.
Volter
Dil – fikrin libasıdır.
S.Conson
Xarici dil bilməyən adam öz dilini də yaxşı bilməz.
İ.Höte
Dil elə bir qurğudur ki, gərək yayının cırıldamağına imkan verməyəsən.
A.Rivarol
Dillər arasında fərq o qədər böyükdür ki, bir dildə kobud səslənən söz o biri dildə tamam fərqli səslənə bilər.
D.Drayden
Dil və söz ağacın budağı və yarpağı kimidir.
A.Peres
Dil xalqın təfəkkürünün güzgüsüdür. Hər millətin intellekti stereotip kimi dilinə keçir və medal kimi ora həkk olunur.
X.Sexador
Nə olursa-olsun, doğma dil öz doğmalığında qalır. Ürəkdən danışmaq istəyəndə ağlına bir fransız sözü gəlməyəcək. Əgər başqalarından seçilmək istəyirsənsə, bu, başqa məsələ.
L.Tolstoy
Yalnız ölü dillər əbədiyyətə qovuşur.
A.Rivarol
Bir xalqın xarakterini bilmək istəyirsənsə, əvvəl onun dilini öyrən.
Pifaqor
Əgər dilə öz şirəsindən, kökündən bəhrələnməyə və öz mayasında qıcqırmağa imkan verməsəniz, zənginləşməz, müasir tələblərə cavab verə bilməz.
V.Dal
Yaxşı ifadə edilmiş fikir bütün dillərdə müdrik səslənir.
D.Drayden
Ən mükəmməl dil o dildir ki, onun vasitəsilə az sözlə böyük məna ifadə edə biləsən.
P.Buast
Gözəl dil hətta ən sarsaq fikrə də ləyaqət donu geyindirir.
V.Şvebel
Öz dilini bilməyən adamın susmağı da qüsurlu olur.
S.Lei
Hazırladı: N.ƏLİYEVA