Elektron ədəbiyyat və sənət portalı

Kafka haqqında maraqlı faktlar...

Bölmə: Art 06.09.2018

Dünya ədəbiyyatının korifeylərindən sayılan Avstriya yazıçı Frans Kafkanın insanın ruhuna qə­dər işləyən vahiməli və absurd üslubu olub. Bu mənada, onun həyat və yaradıcılığı haqqında bə­zi faktlar böyük maraq do­ğurur.

  1. Frans Kafka Praqada doğul­muş, əsasən, alman dilində ya­zıb-yaratmış yəhudi mənşəli Avstriya yazıçısıdır.
  2. Qəssab nəvəsi olan Kafka ömrü boyu ət yeməyib.
  3. Özünü aciz və qapa­lı apardığına görə uşaqlıqda onu qeyri-adi uşaq və dəli kimi qəbul ediblər. Yazıçı deyirdi: "Ədəbiyyatdan başqa hər şeyə nifrət edirəm. Qonaq getmək mənim üçün darıxdı­rıcıdır. Doğmalarımın kədəri­ni, sevincini paylaşmaq mənə dəhşətli dərəcədə cansıxıcı gə­lir. Kiminləsə söhbət məni vacib, ciddi və orijinal şeylər düşün­məkdən məhrum edir".
  4. Frans Kafka adı indi Praqanın ən önəmli simvollarından biri sa­yılır.
  5. Kafka gəncliyində təsəvvür edilməyəcək dərəcədə tənha olub. O, valideynləri, xüsusən də qəddar atası ilə heç cür dil ta­pa bilmirdi. Atasına yazdığı məktubda belə bir cümlə var: "Sənin ucba­tından özümə olan inamımı da itirib günah qazandım".
  6. Yazıçı bir müddət bədbəxt hadisələrlə bağlı sığorta bölməsində adi, darıx­dırıcı ofis işçisi olub ki, bu da onu daha böyük ümidsiz­liyə və bədbinliyə yuvarladıb.
  7. Kafka hissləri ilə borcları ara­sında qalan insan olub. Bir yandan özünü onu hüquqşünaslığa bağlamış valideyn­lərinə borclu bilir, digər tərəfdən də yazı­çılığa can atırdı. O, gündəlik­lərində belə yazırdı: "Əzab dolu ikili həyat yaşayıram. Məni bundan ancaq dəlilik xilas edə bilər".
  8. Kafka həyatı boyu müxtəlif xroniki xəstəliklərə – vərəm, başağrısı, yuxusuzluq, qəbizlik və başqa xəstəliklərə mübtəla olub.
  9. Yazıçının yaradıcılığın­da əsas bədii çalar meta­metafora, yəni ikiqat bənzətmədir. Məhz metametafora onun əsərlərinə böyüklük, absurdluq, də­rinlik və faciəlilik gətirir.
  10. Ağır xəstəlik keçirdiyi zaman Frans Kafka dostu Maks Broddan heç kəsin xəbəri olmayan romanları da daxil olmaqla onun bü­tün əlyazmalarını yandırmağı xahiş edir. Lakin dostu nəin­ki əlyazmaları məhv etmir, hətta onları nəşr etdirir. Beləliklə, məhz dostu Brodun sayəsində Kafkanı bütün dünya tanıdı.
  11. Ölümündən sonra şöhrət tap­mış romanları ilə yanaşı, Kafkanın sağlığında qiymətini almayan hekayələri də az deyil.
  12. Səhhətindəki problemlərlə bağlı Kafka 40 yaşına qədər yaşayacağına inanmırdı.
  13. Şəxsi sarsıntı və yaşantıları­nın əks olunduğu hekayələri ona qorxularına qalib gəl­məkdə kömək edib.
  14. Ölümündən sonra çap edilmiş üç romanı – "Ameri­ka", "Məhkəmə" və "Qəsr" əsərləri yarımçıqdır.
  15. İyul ayının 3-də doğulan yazı­çı iyunun 3-də vəfat edib.
  16. Xaraktercə melanxolik ol­masına baxmayaraq, dostla­rı Kafkanın qeyri-adi yumor hissini xüsusi qeyd ediblər. Hətta onlar Kafkanı "məcli­sin gözü" adlandırırdılar. Al­man nəşrlərindən biri Kafkanın Çarli Çaplinə oxşarlığını qeyd edib. Yazıçı, dostlarından birinə belə yazmışdı: "Mən şənlənməyi də bacarıram, buna şübhəniz ol­masın".
  17. Mürəkkəb ailə münasibətləri səbəbindən Kafka evlənməyib. Düzdür, o, bir neçə dəfə nişanlansa da, hər də­fə bir bəhanəylə qarşı tərəflə münasibətə son qoyub.

 

Tərcümə edən: NƏRİMAN