Oktyabrın 2-də Argentina Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Eduardo Cavallero Azərbaycan Tərcümə Mərkəzində olub.
Görüşdə Mərkəzin, Azərbaycan ədəbiyyatının ispandilli ölkələrdə tanıdılması və təbliği işinin təşkilinə yardımçı olacaq Nümayəndəliyinin Argentina Respublikasında yaradılması barədə fikir mübadiləsi aparılıb. Argentina-Azərbaycan ədəbiyyatlararası əlaqə və mübadilələrin inkişafı istiqamətində hazırlıq işlərinin aparıldığı bir sıra tanıtım və təbliğ tədbirlərinə dair məsələlər müzakirə edilib.