Azərbaycanın Xalq rəssamı Arif Hüseynov Tərcümə Mərkəzində olub. Yaxın günlərdə 75 illik yubileyini qeyd edəcək rəssam, Mərkəzin rəhbəri Afaq Məsudun hekayələri əsasında ərsəyə gətirdiyi rəsm əsərlərindən ibarət “Afaq Məsud – Hekayələr” kataloqunu yazıçıya təqdim edib.
Kataloqda yer almış “Dovşanın ölümü”, “Sərçələr”, “Qu quşu”, “Qəza”, “Tək”, “Alman kilsəsi”, eləcə də digər hekayələrin motivləri əsasında çəkilmiş 24 rəsmin tablosu bu il oktyabrın 19-dan 30-dək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksində keçiriləcək “Arif Hüseynov 75&75” yubiley sərgisində nümayiş etdiriləcək.