Elektron ədəbiyyat və sənət portalı

Hüseyn Abbaszadənin əsəri Fransada maraqla qarşılanıb

Bölmə: Xəbər 17.10.2018

Xalq yazıçısı Hüseyn Abbaszadənin “Haradansınız, Müsyö Abel?” kitabı həftə ərzində ən çox satılan nəşrlər qismində Strasburqun mərkəzi kitab mağazalarına yerləşdirilib.

Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyatının direktoru Nicat Kazımov nəşr etdikləri kitab barədə fikirlərini bölüşüb:

“Həftə ərzində yüz minlərlə insan bu mağazaların qarşısından keçir və sevindirici haldır ki, Azərbaycan yazıçısı Hüseyn Abbaszadənin kitabı ən çox satılan kitablar sırasındadır. Yazıçımızın əsərinə olan bu maraq, kitabın qazandığı uğur bizi çox fərəhləndirir”.

Əsəri fransız dilinə Elvin Abbasbəyli çevirib.

Nicat Kazımov, həmçinin nəşriyyatın əməkdaşı Valentin Da Fonsecanın “Haradan­sı­nız, Müsyö Abel?” kitabının fransız versiyasının video – təqdimatını hazırladı­ğı­nı və videoçarxın artıq sosial şəbəkələr­də yayıldığını da bildirib. Həmin videoçarxı və Valentin Da Fonsecanın çıxışının tərcüməsini təqdim edirik.