Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – “Azərbaycanca – ingiliscə – rusca terminoloji lüğət” kitabı işıq üzü görüb.
Rəsul Rəxşanlı, Təranə Əsgərqızı, Rəxşanə Rəxşanlı və Fərrux Rzayevin hazırladıqları kitaba neft, kimya, neft və qaz emalı, kimyəvi analiz, kimya texnologiyası, ekologiya, nanokimya, nanomateriallar, fullerenlər kimyası, kompüter kimyası sahəsinə dair 20.000-dən çox terminin Azərbaycan, rus və ingilis dilində tərcüməsi daxil edilib.
Azərbaycanda bu formatda ilk dəfə işıq üzü görən lüğət müvafiq sahələr üzrə elm, təhsil, tədris və tərcümə mütəxəssisləri, eləcə də bu ixtisaslara maraqlı oxucu kütləsi üçün nəzərdə tutulub.