Səhərlər durub tanımadığımız
Bir şəhərin
dar kucələrini supururuk, zibilini daşıyırıq
Gecələr
Oyanıb dərisini gun yandırmış
Qıvrım cod saclı yetim uşaqlara
Ən xoşbəxt şahzadənin nağılını danışırıq...
Kimsə gəlməlidir.
Gunlər uzanır və hec kəs gəlmir.
Geriyə baxmaq dəhşətlidir.
Gorursən ki,
İllər oncə qulağını qatar relsinə dirəyib
Qatarın səsini dinləməklə
Uzaqlar arzusunda yaşadığıncun
Səni gətirib uzaqlara atıblar...
Gorursən ki, yiyəsizsən...
Gorursən ki, bu amansız məhəllədə
Gunbəgun itlər də yoxa cıxır,
Pişiklər də...
Bilmirsən oldururlər, ya azdırırlar...
Və sən
Bilmirsən honkurub ağlayasan
Ya sadəcə kədərlənəsən...
Elə bir doğma adam gəlməlidir ki,
Onu opmək yox, qoxulamaq istəyəsən.
Yanında olduğuna əmin olmaq ucun
əlini uzunə qoyub yoxlamaq istəyəsən...
Gunlər uzanır. Hec kəs gəlmir...
Və sən bir-bir olursən...