Elə bir gecə secmişəm ki,
Ən yaxşı atları capa bilim
Axillesin cayında cimim
Olumsuzluyə cata bilim.
Yəni sənə...
Yəni sənin ucun...
Yola cıxmışam
Tanrıların savaşdığı oraya...
Troyaya...
Yola cıxmışam
Ciynimdə tarixin
cəkidə yungul
vəzndə ağır sevgiləri ilə
“Sim-sim” deyə acılan sirli qapıları ilə
səksəkə icində, duşmən tappıltıları ilə...
Yola cıxmışam,
tanımadığım bir izə
yalnız sevginlə silahlanmışam
nə qılınc var, nə də nizə...
yola cıxmışam...
Qarşımda iri qəsr
Qəsr icində necə əsr
gizli qalmış necə sirr
bir də sevginə əsir...
Mən... yola cıxmışam...
Sən, ey dodaqları
Dionisin şərabından yaranan qadın
Sən, ey gozləri
Marsın hikkəsindən alışan qadın
Sən, ey saclarını
Afinanın daradığı qadın
Sən, ey Zevsin yerə enib aradığı qadın...
Yola cıxmışam
Tanrıların savaşdığı oraya...
Troyaya...