Elektron ədəbiyyat və sənət portalı

Məhəmməd Füzuli yaradıcılığı Belarus ədəbi portalında

Bölmə: Xəbər 25.10.2018

Belarusun məşhur “Sozvuçie” (http://sozvuchie.by/poeziya/item/4317-larets-zhemchuzhin-poeziya-azerbajdzhana-mukhammed-fizuli.html) ədəbi portalı Azərbaycan Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində klassik Azərbaycan ədəbiyyatı İntibahının görkəmli nümayəndəsi Məhəmməd Füzulinin şeirlərinə, eləcə də həyat və yaradıcılığı haqqında məlumata geniş yer ayırıb.

 Qeyd edək ki, “Sozvuçie” ədəbi portalı daha əvvəl Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi kimi dahi Azərbaycan şairlərinin həyat və yaradıcılığı haqqında geniş materiallara yer ayırmışdı.