Atamın xatirəsi
O sәrt idi.
Sәhәr dәrsә tәlәsәndә mәn
Bildirmәzdi yolda durub boylandığını.
Bircә dәfә söz açmazdı qәlbindәkindәn,
Söylәmәzdi övlad üçün çox yandığını.
Gizli-gizli mәni süzüb gülәrdi bәzәn,
Durub-durub güc gәlәrdi әyri qәlyana.
Övladına bircә dәfә “can” söylәmәkdәn
Övlad üçün can vermәyi asandı ona.
Әmәksevәr, ağır, enli, cod әli vardı,
Tale kimi endirәrdi çiynimә hәrdәn.
Sәrt üzünә bircә anlıq sәhәr doğardı,
Bilmәzdim ki, hansı nurlu düşüncәlәrdәn.
Sevgisi dә soyuq idi – tәzә әkini
Hәr bәladan hifz elәyәn qar kimi.
Moskvada oxuyurdum,
Tәrk etdi mәni.
Gәlәn kimi bir әbәdi ayrılıq dәmi
Gah istәyib mәni görә.
Gah deyib ki, mәn
Qoy bilmәyim,
O utanıb öz ölümündәn.
Ah, o niyә belә etdi, bu nә qubardı?
Nә zamansa bu nişanda bir atam vardı.
***
Nә xoşbәxt imişәm bir zaman, Allah,
Xәbәrim olmayıb bu sәadәtdәn.
Nә xoşbәxt imişәm, nә xoşbәxt, xoşbәxt!
Bu gün eşitmişәm bunu hәsrәtdәn.
Niyә yazmamışam o zaman, Allah,
Әlimә qәlәm dә gәlmәyir indi.
De, niyә aradan külәklәr әsir?
Aramız, de, niyә belә sәrindir?
İçdiyim o su da sәadәt imiş,
İşә getmәyim dә, qayıtmağım da.
Ona baxmağım da xoşbәxtlik imiş,
Onu yuxusundan ayıltmağım da.
Dünya başdan-başa sәadәt imiş,
Mәncә, bu dünyanın qoynundayammış,
Dünya fırlanırmış sevinc gücüylә,
Bәs indi nә olub belә dayanmış?
Göylәr sәadәtin çәtiri imiş,
Torpaq da sәadәt mәhvәri imiş.
Gecәlәr toranlı vüsal mәskәni,
Hәr sәhәr, ruhumun sәhәri imiş.
Dilin quruyaydı sәnin, ay hәsrәt,
Sәn bu gün könlümü tarımar etdin.
Ya bunu vaxtında deyәydin mәnә,
Ya da ki, lal olub heç dinmәyәydin.
Dünya başdan-başa sәadәt imiş,
Görәsәn, heç bir dә olarmı yenә?
Dünya başdan-başa nә imiş dedin?
Dünya başdan-başa nә imiş, de nә?!
***
Nә bu dәrd gәrәkdir uşaqlar üçün,
Nә dә aramızda bu narazılıq.
Biz dәrdin, kәdәrin özündәn belә,
Onlara sәadәt yaratmalıyıq.
Onlar uşaqdırlar, nә veclәrinә,
Görüşdük harada, nә zaman, niyә?!
Nә üçün bir sәhәr mәn aşiq oldum
Könlümü yandıran bir gözәlliyә.
Ayrılıq onlara bir mәzuniyyәt,
Gedәrәm, dönәrәm yenә dә geri.
Amma mәzuniyyәt qurtarmayanda
Çәkilmәz yollardan hәsrәt gözlәri.
Çәkәr mәzuniyyәt, qırılar ya da,
Haqlayar sizlәri soyuq bir xәbәr,
Ya da ki, onların toyuna bir gün
Toya çağrılmamış bir qoca gәlәr.
Baxıb tanıyarsan, gözünә o vaxt
İndidәn dәyәrsә xırda bir әsәr.
Bәlkә dә, qәlbinә yaylıq hәnirli
Çox xәfif, çox zәif bir külәk әsәr.
Bir kәs dә bilmәdәn oğurlayaram
Bir az uşaqların sәadәtindәn.
Sonra yavaş-yavaş çıxıb gedәrәm
Çox uzaq, çox uzaq qonaq kimi mәn...
Babәkin qolları
Qolu sındırılmış Babәk,
Yurdu yandırılmış Babәk.
Qan rәngli bir arabada,
Şәrq boyda bir xarabada,
Söyә-söyә,
Döyә-döyә,
Hamıya görk olsun deyә,
Kәnd-kәnd gәzdirilәn Babәk,
Ölübәn-dirilәn Babәk;
Qollarını görmәyәndә
Azca rahat olan Babәk;
Bir qırmızı yuxu içrә,
Uzaqlara dalan Babәk.
Deyәn Babәk: – Aman dostlar,
Hücum çәkin qoşun-qoşun,
Orda mәnsiz qılınc çalan
Qollarımla bir vuruşun.
***
Bәzәn haqq qazanır insan ölәndә,
Hәtta unudulur ağır günahı.
Hamıya dәrd olur “cavan getmәyi”
“Olduqca az görüb, az yaşamağı”.
Deyirlәr: “Bilsәydik ayıq olardıq,
Onu qoyardıqmı heç gözdәn iraq?
Hәr bir dәrdinә dә çarә qılardıq,
Nә bilәk o belә az yaşayacaq…”
Eh, bu gün nә qәdәr xәyala daldım,
Eh, qәlbim nә qәdәr alışdı, dindi.
Sәn mәnim qәdrimi bilәsәn deyә
Bu cavan yaşımda ölümmü indi?!