Elektron ədəbiyyat və sənət portalı

ƏZİZ ƏD-DİN İBN MƏHƏMMƏD NƏSƏFİ

Bölmə: XİLAS YOLUNUN YOLÇULARI 12.11.2018

 

İLAHİ HİKMƏT XƏZİNƏSİ

İnsanın kamillik yolu qədim sufilər tərəfindən İlahiyə – Uca Yaradana canatma, Ona qovuşma yolu kimi baxılır. Onlara görə, özündə üç başlıca cəhəti cəmləyən bu sonsuz səyahətin ən ali zirvəsinə çatan yeganə kəs Məhəmməd peyğəmbərdir. “Qanun – mənim dediklərim, Yol – əməllərim, gerçəklik – halımdır” (Məhəmməd peyğəmbər).

Qədim sufilər Məhəmməd peyğəmbəri kamilliyin ən ali zirvəsinə ­– Peyğəmbər Möhürü dərəcəsinə ucalan yeganə insan hesab etsələr də, ondan sonra digər qanuni peyğəmbərlərin aşkar olunmadığını təsdiq etsələr də, Uca Yaradana aparan Yolun davam etdiriləcəyinə ümid yerinin qaldığını da bildirirlər.
Böyük sufi Əziz əd-din ibn Məhəmməd Nəsəfiyə görə də, bu Yolun nə əvvəli, nə sonu  vardır:
“Əgər insan bu dünyada min il də yaşasa və bütün o min ili ömrünü özünüdərkə, zahidliyə, zikrə həsr etsə, o yenə öz biliyi və dərəcəsi müqabilində hər gün, hər dəqiqə nə isə dərk etməyə, anlamağa davam edəcək. O səbəbdən ki, Allahın Biliyinin sonu, sərhədi yoxdur. Odur ki, kamilliyin də son həddinə yetmək başa gələn iş deyil və kamillik əldə etdiyini düşünən kəs bunun nisbi olduğunu dərk etməlidir.
Müqəddəs Qanuna görə isə tam kamillik mövcuddur”.
 

 
                                                                                          A. Məsud

Yazının əvvəli burada: http://aydinyol.az/newsview/1332/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI  

http://aydinyol.az/newsview/1332/EZIZ-ED-DIN-IBN-MEHEMMED-NESEFI

 

 

II ƏSİL (MƏNBƏ)

 

Birinci fəsil

 

Müdriklik yolu ardıcıllarının böyük dünya

böyük dünyanın yaranması barədə dedikləri

 

Bil ki, müdriklik ardıcılları da iki mövcudluğun (mə­dud) varlığını təsdiq edirlər. Onlara görə də, bunun biri – əbə­di, digəri – ötəri mövcudluqdu.

Onlar əbədi olanın mahiyyətini əsası etibarı ilə zə­ru­ri, ötəri olanın mahiyyətini əsası etibarı ilə mümkün möv­cud­luq adlandırırlar.

“Mahiyyət” dediyimiz əsasa gəlincə, bunun özü də yal­­nız iki halda ola bilər: mövcudluğunun qaynağı özün­dən olan, yaxud mövcudluğunun qaynağı özündən ol­ma­yan. Əgər mahiyyətinin mövcudluq qaynağı onun özün­də­di­sə, bu, əsası etibarı ilə “zəruri mövcudluq” adlanar. Yox əgər mövcudluğunun qaynağı onun özündən deyilsə, bu, əsa­sı etibarı ilə “mümkün mövcudluq” adlanır.

Əsası etibarı ilə zəruri mövcudluq – dünyanı Yara­dan Allahdı.

Əsası etibarı ilə mümkün mövcudluq – Allahın Yarat­dı­ğı dünyadı.

Əsası etibarı ilə zəruri mövcudluq şərəfli dəlillərlə sü­­buta yetirilir. Onun  layiqsiz dəlil-sübuta ehtiyacı yoxdu.

Müdriklik ardıcıllarına görə zəruri mövcudluq – əsası eti­­barı ilə səbəbin özüdü. Şüa Günəşdən, nəticə səbəb­dən ya­randığı kimi, dünya da onun (səbəbin) əsasından ya­radılıb.   

Deməli, nə qədər ki Günəş kürəsi mövcuddu, onun par­­laqlığı da mövcuddu. Nə qədər ki səbəbin mövcudluğu var, nəticə də mövcuddu.

Bunları biləndən sonra, onu da bil ki, müdriklik ar­dı­cıl­larına görə, Uca və Müqəddəs Yaradanın yaratdığı ilk möv­cudluq özül olub. İlkin Şüur (əql-e əvvəl) deyilən də hə­­min o özüldü. Bu (Şüur), sadə özüldü. Bu o deməkdi ki, o (özül), bütöv və vahiddi, bölünməyə, hissələrə parça­lan­ma­ğa qadir deyil.

Müdriklik yolunun ardıcıllarına görə, bu deyilənlərin mənası “var olandan yalnız vahid bütöv törənər” deməkdi. Deməli, Uca və Müqəddəs Yaradanın Özü həqiqi Vahid (cəm) olduğu səbəbindən, Ondan törənən ilkin özül də  va­­hiddi. İlkin Şüur deyilən də budu.

Həmin bu həqiqi vahid olan İlkin Şüurda, Onun nə­zə­rində səbəbin və vasitəçilik qabiliyyətinin nə­ticəsi kimi, key­fiyyət və kəmiyyət müxtəliflikləri yaranıb. Ayrı sözlə de­sək, səbəb və nəticə (məlum) arasında orta hədd yaradılıb ki, bunun nəticəsində İlkin Şüur üç key­fiy­yə­tə malik olub. Bu keyfiyyətlərin hər biri də İlkin Şüurda olan can (ruh), şüur və göy dərəcələrinə aid edilir.

Bu minvalla İlkin Şüurda doqquz şüur, doqquz can (ruh) və doqquz göy dərəcələri yarandı. Bundan sonra Ay Gö­yünün altında od ünsürü və od təbiəti, hava ünsürü və hava təbiəti, su ünsürü və su təbiəti, kül ünsürü və kül tə­biə­ti yarandı. Mahiyyət etibarı ilə bunlar atalar və analardı. Sonra bu ata və analardan üç övlad yarandı: minerallar, bitkilər və heyvanlar. Bütün bunlardan sonra insan ya­ran­dı, o (insan), qeyri-səlis şüuru (əql-e məfhum) İlkin Şü­ur­dan qazandı və müəyyən kamillik əldə etdi.

Sonradan yaradılan hər bir şey isə başlanğıcda möv­­­cud idi.  

Beləliklə, dairə qapandı, öz başlanğıcına çatan hə­rə­kət sona yetdi.

Deməli, şüur həm əvvəl (məbdə), həm də axırdı (mə­əd). Yaranma baxımından o – mənbə, qayıdış baxı­mın­­­dan – axırdı.

Dərviş, bil ki, “axır” o deməkdi ki, orda olmusan və ye­­nidən ora qayıdırsan.

Dərviş, bil ki, İlkin Şüur – Qələm[1] Allahın elçisidi. 

Bu səbəbdən Yaradılmışların səbəbi və əsası Adəmdi.

O, Allahın keyfiyyətləri və əlamətləri ilə bəzədilib və məhz bu səbəbdən deyilir: “Uca Yaradan insanı öz su­rə­tin­də Yaratdı”.

 

Müdriklik yolunun ardıcıllarına görə, Uca və Mü­qəd­dəs Yaradandan İlkin Şüurdan savayı heç nə yaranmayıb. Qa­lan bütün yarananlar İlkin Şüurdan yaranıb.

İlkin Şüur – Allahın Yaratdığı dünyadı. Qalan nə var­sa, İlkin Şüurun yaratdığı dünyadı.

İlkin Şüur – Uca Yaradanın nəticəsidi. Qalan hər şey İl­kin Şüurun nəticəsidi.

İlkin Şüurun müəllimi – Uca Yaradandı. Qalan hər şe­yin müəllimi İlkin Şüurdu.

Şüurlar və digər canlar Uca, Müqəddəs Yaradandan zövq (feyz) ala bilməzlər. Bu zövqü Uca, Müqəddəs Ya­ra­dan­­­dan yalnız İlkin Şüur alacaq və o birilərə, öz ya­rat­dıq­la­­rına ötürəcək.

Hər şüur zövqü özündən üstün şüurdan alacaq və özün­dən aşağıdakılara ötürəcək. Bu minvalla onların hər bi­ri Uca Tanrıdan Olan Bəxşeyişə sahib olacaq. Onu (bəx­şe­yişi) birindən alıb, o birilərə ötürəcək. Alacaq və verəcək.

Onu da bil ki, zəruri mövcudluq (Yaradan) yalnız ve­rən­di, O heç nə almaz.

O səbəbdən ki, özündən yuxarıda olanı yoxdu, ma­hiy­yəti etibarı ilə o, duru və  müqəddəsdi, bilikli və müd­rik­di.

 

İkinci fəsil

 

Bil ki, İlkin Şüur vahid özüldü. Lakin bu özül kə­miy­yət və keyfiyyət baxımından müxtəlif adlarla adlandırılır.

Onu (İlkin Şüuru) hər şeyi anlayan qüvvə kimi ­rən­lər o səbəbdənşüuradlandırarlar ki, O, istədiyinə nail olan­.

Onu diri olan dirildən qüvvə görənlər o səbəbdənruhadlandırarlar ki, o diri olan dirildəndi.

Onu aşkar edən qüvvə görənlər o səbəbdənşüaad­landırarlar ki, o görən göstərəndi.

Onu  qəlb duyğularının rəssamı görənlər isəQələmal­dandırdılar.

Onu  bəşəriyyətin bilgi səbəbi görənlər Cəbrayıl ad­lan­dırdılar.

Onu bəşəriyyətin qidası görənlər Mikayıl al­dan­dır­­lar.

Onu bəşəriyyətin yaranma səbəbi görənlər İsrafil al­dan­dırdılar.

Onu hər şeyin mahiyyətini bilən, bilib həyata keçirən ­rənlər isə Əzrayıl adlandırdılar.

Kimsə bu özülü “Allahın Evi”, “Əbədi Məkan”, “Mü­qəd­dəs Yuva”, “Əzəli Yuva”, “Uzaq Məscid”, “Adəm”, “Mə­lək­lər şahlığı”, “Mötəbər Taxt” adlandırarsa da, səhv elə­məz.

Sözü uzatmayaq ki, məqsədimizdən yayınmayaq.

Bunu da bil ki, Ali Dünyadan olan şüurlar, ruhlar nə­cib və incə, bilikli və safqəlbli olarlar.

Onların hər biri İlkin Şüura, öz pillə dərəcəsi üzrə yük­səkdə olduqca, daha yaxın olar; bir o qədər də nəcib və incə olar, bir o qədər də bilikli və saf olar.

Göylər də belədi. Onların ən ucası – Göylər Göyünə yaxın olanı ən nəcibi və incəsidi; qürub çağı Özəyə yaxın olanlar nəcib və incə olantək.

 

 

[1] Qələm – burda qamış qələm (orta əsrlərdə Şərqdə yazı aləti); Quranın yazıl­dı­ğı qələm. İlkin intellektin (əql-e əvvəl), yaradıcı intellektin (əql-e fəal), kitab mən­bə­yinin (üml-əl kitab) təcəssümü