Noyabrın 28-də Misir Respublikası Səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi, Misir Mədəniyyət Mərkəzinin direktoru cənab Əhməd Sami Elaydi Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Misir Milli Tərcümə Mərkəzi arasında yaradılmış sıx əməkdaşlıq çərçivəsində ərsəyə gələn nəşrlər, Azərbaycan ədəbiyyatının ərəb dünyasında tanıdılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan yeni layihələr müzakirə olunub. Azərbaycan ədəbiyyatı, elm və mədəniyyətinin bu regionda daha geniş təbliği və öyrənilməsi məqsədi ilə Mərkəzin, Səudiyyə Ərəbistanı, Misir, Qətər, Küveyt, Mərakeş və digər ərəbdilli ölkələrdə nümayəndəliklərinin yaradılması, həmçinin digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.