Dəniz... Göy... Məhəbbət
I
- Dənizi hədiyyə verirəm sənə...
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
- Mən isə... göyləri verirəm, - dedin...
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
- Mən isə... göyləri verirəm, - dedin...
Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm - deyə,
Mənimlə danışıb, güləsən bir də.
- Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!
Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!
II
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm - deyə,
Mənimlə danışıb, güləsən bir də.
- Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!
Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!
II
Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.
İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
"Sevirəm" söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.
IV
Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla,
səhər kimi gəl.
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gəl.
Adla qucağından gur tufanların,
Mən baxım axşamdan səhərə kimi.
Adla ağ yoluyla kəhkaşanların,
Parlasın hər ulduz xatirə kimi.
Gəl, qış gecəsində,
yaz səhərində,
Dənizi göylərdən ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlərində,
Sən görüş vaxtını şimşəklərlə yaz!
Mən gərək nəğmətək səni dinləyəm,
Sən mənim eşqimlə, ürəyimləsən.
Nə qədər göylər var, mən səninləyəm,
Nə qədər dəniz var, sən mənimləsən.
Gözəl və Gözəllik
Günəş kainata nur göndərir ki,
Yerdə gözəlliklə o bəhsə dursun.
Təbiət gözələ qürur verir ki,
Qüruru gözəllər gözəl qorusun!
Gözəllik yaranıb əzəldən əzəl,
Gözəllik əzizdir baş taclarından.
Qoru qürurunu, a nadir gözəl,
Sakın, sən gözəllik hərraclarından.
Qadını qürurla gözəllik bəzər,
Bu haqqın sözünü nadimlər dedi:
Namus doğuluşdan büllura bənzər,
Şüşə qab ya sındı, ya cingildədi!
Dinsin məhəbbətdə kim səmimidir,
Kəsilsin, bulaşsa çirkaba əllər.
Gözəllik müqəddəs mehrab kimidir,
Tanrı toxunmasın mehraba əllər,
O, qaba əllər!
İstəsən dünyadan sədaqət istə,
Sədaqət sönməsin yanar şam kimi.
Cumar bəd nəzərlər gözəllik üstə,
Milçəklər şirəyə daraşan kimi.
Nədir yaxın eldə, uzaq diyarda
İsmətə ləkələr düşür qapqara?
Dəhşətdir gözəllik yad qucaqlarda
Dönürsə göyümtül əsginaslara.
Niyə varaq kimi tale çevrilir,
Niyə oyuncağa dönür gözəllik?
Gözəllik bir dəfə ənam verilir,
Fəqət əbədilik sönür gözəllik.
Çəkil, gözəllikdən iyrənc əl, çəkil,
Qoru gözəlliyi, Tanrı, amandır!
Bəlkə də günahkar, günahkar deyil,
Bəlkə də günahkar buna zamandır!
Bəlalar yağış tək yağan dünyada,
Yalanlar çevrilib həqiqət olub.
Gündə min cinayət doğan dünyada,
Bəlkə gözəllik də fəlakət olub?