Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzi Kitabxanasında Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi münasibəti ilə ərsəyə gətirdiyi “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabının təqdimat mərasimi keçirilib.
Mərasimdə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rəna Bilyandarlı, kitabın tərcüməçisi Fərhad Abdullayev, Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə kitabxananın informasiya-resurs şöbəsi tərəfindən hazırlanmış “Mehdi Hüseynzadə” adlı sənədli film nümayiş olunub, Binəqədi rayon Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin şagirdləri qəhrəmanın şeirlərini səsləndiriblər.