Elektron ədəbiyyat və sənət portalı

Məndən sonra

Bölmə: Müasir Azərbaycan ədəbiyyatı 01.02.2019

Fәlәkdәn qabaq

Bizim göbәyimiz belә kәsilib,

 Qәmә bürünmüşük bәlәkdәn qabaq.

Anamız qorxudub, hәr ağlayanda,

Cini tanımışıq mәlәkdәn qabaq.

 

Torpaqdan duymadıq gülün әtrini,

Dostdan uca tutduq yadın xәtrini.

Od oğlu, bilmәdik odun qәdrini,

Söndü ocağımız külәkdәn qabaq.

 

Bu da bir ömürdü, axırı yoxdu

Papağı gedәnin abırı yoxdu.

A bala, fәlәyin taqsırı yoxdu,

Biz elә belәydik, fәlәkdәn qabaq.

 

Dәrd

 

Harda qaçıb gizlәnirәm,

soraq-soraqnan gәlir.

Dәrd bizә qonaq gәlәndә,

 arvad-uşaqnan gәlir.

 

Hәr sözümә dodaq büzür,

dediyimi bәyәnmir.

O, mәnim özümü yeyir,

yediyimi bәyәnmir.

 

Әlini uzatma mәnә,

canım sәnә sadağa.

Dәrdim körpә uşaq kimi,

getmәz özgә qucağa.

 

 

Әllәrimә yazılmış şeir

 

Ay әllәrim, sizin ilә

Bir qıza çiçәk almadım.

Kimsәyә әl uzatmadım,

Kimsәdәn çörәk almadım.

 

Yorulmadıq, nә mәn, nә siz,

Ömür sürdük sutәk tәmiz.

Qabar oldu bәzәyiniz,

Bir özgә bәzәk almadım.

 

İşlәdiniz, otaq aldım,

Geyim aldım, yataq aldım.

Şaxta düşdü, papaq aldım,

Sizә bir әlcәk almadım.

 

Sıxıntı

 

Bu dünyanın dәrdlәrini,

әkirәm qәmim kimi,

Harda belә gәmi batıb,

mәnim bu gәmim kimi?..

 

Vallah, beşikdәn düşәnnәn,

ağır şәrt tapır mәni.

Köhnә dost itirir mәni,

Tәzә dәrd tapır mәni.

 

Nә bәxtimdә kişilik var,

Nә hәyatımda qadın,

Belә… nә yada salmağa bir Gün,

Nә unutmağa adım…

 

Qәbrin içindә yazılmış şeir

 

Uzanmışam boş otaqda,

nә mәktub var, nә zәng sәsi.

Elә bil ki, hamı köçüb,

mәn dünyanın gözәtçisi.

 

Üzü qiblәyә tәrәfәm,

ümidim bu küçәyәdi.

Eh, bir az zәhәr olseydi,

gör qramı neçәyәdi?

 

Burnuma gül iyi gәlir,

әklilmi, güldәn bağlanıb?

Ay qapımı döyәn, kimsәn?

 açginәn, çöldәn bağlanıb…

 

Mәndәn sonra

 

Elә bilmә çiçәklәrin, güllәrin,

Mәnsiz boynu bükülәcәk, әzizim.

Qismәt olsa, adım dildә, dodaqda,

Orda-burda çәkilәcәk, әzizim.

 

Ümid olma nә ömürә, nә baxta,

Әcәl baxmır nә xәstәyә, nә vaxta.

Mәndәn sonra bu yatdığım otaqda,

Bir çarpayı sökülәcәk, әzizim.

 

Dünyadı da, ağlatmaqdı peşәsi,

Üzü bәrkdi, çiliklәnmәz şüşәsi.

Bir tәrәfdәn qırılacaq meşәsi,

Bir tәrәfdәn әkilәcәk, әzizim.

 

Orda bir gәlin ağlayır

 

Orda bir gәlin ağlayır,

 Yarasını soruşmayın,

Saçları tamam ağarıb,

 Qarasını soruşmayın.

 

Aman, necә dә kövrәkdi?

Gözәldi, yenә göyçәkdi.

Örtdüyü qara örpәkdi,

 Xarasını soruşmayın.

 

O qızların xası idi,

Dәrdә, qәmә asi idi,

Armudun yaxşısı idi,

Sonrasını soruşmayın…