Elektron ədəbiyyat və sənət portalı

Böyük yazıçıların vida sözləri

Bölmə: Art 20.02.2019

 

Hər kəs bu dünyadan bir cür ayrılır. Söz adamlarının həyatla vida anı isə adi insanlardan fərqlidir – onların, ölüm ayağında dediyi son sözlər tarixə qovuşub əbədiyyət qazanır, pərəstişkarları arasında müzakirə mövzusuna çevrilir. Bu sözlərdə gələcək nəsillərə bir nəsihət, dərin məna axtaranlar da var, bu deyilənləri xəstə sayıqlamaları kimi qəbul edənlər də…

 

E.Heminquey

 

“Gecən xeyrə qalsın, mənim pişiyim...”         

Qadınına dediyi vida sözü

A.Puşkin

“Nəfəs ala bilmirəm, ürəyim sıxılır...”

A.A.Blok

“Rusiya məni, axmaq donuz öz balasını yeyən kimi yedi...”

A.A.Çexov 

“Çoxdandır, şampan şərabı içmirəm...”

C.Ostin

“Ölümdən savayı nəsə istəmirəm...”

Edqar Po

“İlahi, mənim bədbəxt ruhuma kömək elə...”

A.Jarri

“Ölürəm...Xahiş edirəm... mənə diş çöpü gətirin...”

M.Tven

“Görüşənədək... əgər bir daha görüşəcəyiksə...”

Qızına dediyi vida sözü

L.N.Tolstoy

“Bəs kəndlilər... Kəndlilər necə ölürlər?..”

Bernard Şou

“Ölmək asandır, güldürmək çətin...”

C.Coys

“Yəni doğrudanmı, heç kəs başa düşmür?..”

M.M.Zoşşenko

“Vaxtında ölmək lazımdır...” 

F.İ.Tütçev

“Fikrini çatdırmaq üçün söz tapmırsan, bilirsiniz, bu necə əzab verir!..”

D.Tomas

“Bu da mənim 39 yaşımacan gördüyüm işlər...”

Ç.Dikkens

“Yerdəyəm...”

L.Menken

“Dostlarıma deyin, əməlli ilişmişəm...” 

D.Terber

“Mənə, kömək ol, Tanrım, lənət şeytana...” 

H.Uells

“Çəkilin, mən yaxşıyam...” 

M.Y.Saltıkov-Şedrin

“Bu sənsən, axmaq?..” 

O.Henri

"İşığı yandırın, evə qaranlıqda dönmək istəmirəm..."

 

 

 

Tərcümə edən: Etimad Başkeçid