Elektron ədəbiyyat və sənət portalı

Xocalı ağrısını yaşadan “Ağrı” romanı Azərbaycan dilində

Bölmə: Xəbər, Yeni Nəşrlər 22.02.2019

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzi Xocalı soyqırımının 27-ci ildönümünə Heydər Əliyev Fondunun dəstəyi ilə “Ağrı” bədii-sənədli əsərini nəşr edib. İsrail müəllifləri Əmir və Arye Qutun ərsəyə gətirdiyi roman Azərbaycan xalqının unudulmaz Xocalı ağrısını real hadisələr və sənədli materiallar əsasında işıqlandırmaqla yanaşı, baş vermiş faciənin insan talelərinə vurduğu zədələrdən, beynəlxalq aləmin, hələ də bu bəşəri haqsızlığa laqeyd, susqun münasibətindən bəhs edir.  

Əsərdə göstərilən faktlar Xocalı soyqırımının təfərrüatlarının üzə çıxarılması, törədilmiş tarixi ciyanətlə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması baxı­mından fundamental əhəmiyyətə malikdir.

Bir neçə xarici dildə nəşr olunmuş kitabı dilimizə tanınmış Azərbaycan yazıçısı, tərcüməçi Saday Budaqlı çevirib.