Elektron ədəbiyyat və sənət portalı

Bakıpost.az

 

Kütləvi informasiya vasitələrində yer almış qüsurlu mətnlərdən nümunələr

ŞƏRHSİZ

 

Ronaldo meydana qayıdacağı vaxtı açıqlayıb

26.03.2019

*…top uğrunda mübarizədə havaya qalxarkən uğursuz cəhd edərək yıxıldığı anda əzələsini dartan hücumçu (?) 1-2 həftəyə sıraya dönəcək.

 

Azərbaycanlı deputat: “Bakı meri seçki yoluyla seçilsin”

27.02.2019

Amma mer seçkili olacağı alda bilinir ki, heç olmasa xalqın içinə müəyyən təmsilçilər vasitəsi ilə bu işlərin insanların maraqlarına uyğun təmin olunması baş verə bilər (?).

 

Azərbaycanda kasıb tələbələrə “nəqliyyat güzəşti” təklifi...

26.02.2019

Ona görə, hesab edirəm ki, tələbələri bütünlüklə, Naxçıvan, Qazaxa, Lənkəran və paytaxta qədər bütün ali təhsil müəssisələrini əhatə edəcək layihə işlənməlidir (?).