Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin həyata keçirdiyi növbəti beynəlxalq nəşr layihəsi – “Azərbaycan ədəbiyyatı antologiyası” kitabı Fransada işıq üzü görüb.
İyirmi səkkiz hekayədən ibarət kitaba klassik və çağdaş Azərbaycan ədəbiyyatının nümunələri – İsmayıl bəy Qutqaşınlı, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Mir Cəlal, İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Şahmar, Sara Oğuz, Dilsuz, Məmməd Oruc, Rafiq Tağı, Kamal Abdulla, Saday Budaqlı, İlqar Rəsul, Şərif Ağayar və digər yazıçıların əsərləri toplanıb.
Kitabın redaktoru Ghita Belgued, “Ön söz”ün müəllifi akademik Nizami Cəfərovdur.