Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan bayatıları Belarus ədəbi portalında

Bölmə: Xəbər 21.03.2019

Belarusun məşhur “Sozvuçie” ədəbi portalı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində milli folklorumuzun qədim janrlarından olan bayatılara geniş yer ayırıb.

Bayatıların rus dilinə tərcüməçisi – görkəmli tərcüməçi, şair Vladimir Qafarovdur.

Qeyd edək ki, portal bir qədər əvvəl eyniadlı layihə çərçivəsində Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli  kimi dahi Azərbaycan şairlərinin həyat və yaradıcılığı haqqında geniş məlumatlara, şeir və qəzəllərinə yer ayırmışdı.

(http://sozvuchie.by/poeziya/item/5818-larets-zhemchuzhin-poeziya-azerbajdzhana-bayaty.html?fbclid=IwAR0n6YR2OgL7zogrdSKD7_z1u6ldlho89T0mV-lOgd0aTBpWsWeQber4BRQ)