Elektron ədəbiyyat və sənət portalı

Seyid Əzim Şirvani

Bölmə: Klassik Azərbaycan ədəbiyyatı 20.04.2019

 

Seyid Əzim Şirvani
(1835-1888)

X/X əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi və maarifçisi. Əvvəl İraqda, daha sonra Suriyanın Şam şəhərində ali ruhani məktəbində təhsil alıb. Eyni zamanda dünyəvi elmlərə maraq göstərib. 1869-cu ildə Şamaxıda yeni üsul üzrə məktəb açıb və ömrünün sonunadək orada müəllimlik edib. Azərbaycan və fars dillərində ərsəyə gətirdiyi zəngin ədəbi irsi iki böyük külliyyatda cəmlənir. Azərbaycan dilində qələmə alınmış əsərlərinin əsasını qəzəllər təşkil edir. İctimai mahiyyət daşıyan satiraları şairin yaradıcılığında müstəsna yer tutur.

 

***

Rəhm etmədi əhvalıma yanm, belə keçdi,

Bir baxmadı ol nazlı nigarım, belə keçdi.

 

Həngami-bahar oldu, işim beylə xəzandır,

Ya rəb, nə olur, çünki bəharım belə keçdi.

 

Gündüzdür işim nalə, gecə göz yaşı həmdəm,

Ol zülfü rüx eşqində mədarım belə keçdi.

 

Saldım özümü payi-səməndinə o şahın,

Lütf etmədi ol şahsüvarım, belə keçdi.

 

Yar özgələrin məclisinin oldu çırağı,

Mən hicrdə qaldım, şəbi-tarım belə keçdi.

 

Seyyid, o qarə gözlü mənim kəsdi qərarım,

Səhrayi-məhəbbətdə qərarım belə keçdi.

 

***

 

Bir zaman biz dəxi ol mah ilə həmxanə idik,

Şəmi-rüxsarəsinə yanmağa pərvanə idik.

 

Şuri-mey başda, əyaq əldə, səbu zanudə,

Məclisi-eyşdə həmkaseyi-cananə idik.

 

Rəşki-səd aqilü fərzanə idik gərçi ki, biz,

Həlqeyi-silsileyi-zülfdə divanə idik.

 

Hüsnünə məzhər idik ol büti-simin bədənin,

Üzünə ayinə, geysulərinə şanə idik.

 

Uzadıb başımızı xumdan içərdik meyi-nab,

Məst meyxanədə biminnəti-peymanə idik.

 

İndi bir özgə sayaq ilə ötürsən bizdən,

Biz məgər kim, sənə, ey gül, belə biganə idik?

 

Ol büti-Leylivəşin aşiqi-Məcnunu olub,

Şöhrəti-eşq ilə Seyyid kimi əfsanə idik.

 

***

 

Əmərəm ləblərini ta nəfəsim var mənim,

Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim.

 

Bənd-bəndim kəsələr eyləmərəm tərki-fəğan,

Qoy nəva ney tək edim ta nəfəsim var mənim.

 

Mürği-baği-mələkutəm qəfəsi-çərxə əsir,

Bu əcəb təng olan gör qəfəsim var mənim.

 

Bikəsəm aləm ara, dərdü qəmindən özgə,

Nə həvadarü, nə yavərü, nə kəsim var mənim.

 

Etmişəm gərçi bu dəm aləmi-nasutü vətən,

Ey könül, böylə deyil, pişü pəsim var mənim.

 

Karvan getdi, könül, qafil edirsən nalə,

Dəmbədəm naləvü bangi-cərəsim var mənim.

 

Mövti-cismani ilə sanma mənim ölməyimi,

Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

 

***

Zahida, ol sənəmin zülfi-çəlipasına bax,

Aç bəsirət gözüvü, nərgisi-şəhlasına bax.

 

Ayeyi-xəmr oxuyur, nəfini inkar qılır,

Tutduğu felini gör, verdigi mənasına bax.

 

Cənnətə getdi və ya duzəxə mürdə, nə qəmin,

İrsinə dik gözüvü, külçəvü həlvasına bax.

 

İstəyir cənnəti zahid bu qədər hiylə ilə,

Əbləhin fikrini gör, dildə təmənnasına bax.

 

Dili-divanə sevər cantək o zülfi-siyəhi,

Başının şurini gör, eşqdə sevdasına bax.

 

Sanma bu Seyyidi sən əhli-Cəhənnəm, vaiz,

Neyləyirsən əməlin, dildə təmənnasına bax.

 

Dolanım başına ey nazlıca yarım, bəri bax,

İşvəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax.

 

İşvə ağaz qılıb səbrimi tarac etmə,

Getdi dildən dəxi aramü qərarım, bəri bax.

 

Xəm etmiş qamətim əbrulərinin qurbanı,

Zülfi-pürtabına qurban təni-zarım, bəri bax.

 

Bu cəfadidə dil, ol kakili-mişkinə fəda,

Gözlərin sədəqəsi bu cismi-fikanm, bəri bax.

 

Can nisar etməyə amadədi Seyyid, gözəli,

Gər desən lütfilə: ey aşiqi-zarım, bəri bax!

 

***

 

Xəlqin imanını gər məkrilə şeytan aparır,

O pəriçöhrə nədəndir ki, bəs iman aparır?

 

Ey kaman qaşlı, məni yarələdi qəmzən oxu,

Zülfünü bas yarama, qoyma, məni qan aparır.

 

Dil çəkər canı səri-kuyinə zibh etmək üçün,

Sanki hücac Mina dağına qurban aparır.

 

Zahid ol zülfidə rüxsarını gördükdə dedi,

Bu o hindübeçədir, məktəbə Quran aparır.

 

Geyməyə kimsə ki, meydani-məhəbbətdə kəfən,

Onu məşuqi-əzəl məşərə üryan aparır.

 

Çəkməyin Seyyidi-laməzhəbi meyxanə sarı,

Kafəri-kəbə ora hansı müsəlman aparır.