Elektron ədəbiyyat və sənət portalı

Qadın haqqında aforizmlər

Bölmə: Azad ərazi 05.03.2022

 

“Tərəddüd etmədən evlən. Əgər qarşına yaxşı qadın çıxsa, hamıdan fərqlənəcəksən, pisi çıxsa, filosof olacaqsan”.

Sokrat

 

“Qadın intuisiyası kişi əminliyindən daha dəqiqdir”.

***

“Kişinin yaddaşında əbədi qalmaq üçün bəzi qadınların hansısa küçədən bir dəfə keçməsi kifayətdir”.

R.Kiplinq

 

“Əgər dünyada cəmi bir qadın qalsa belə, onlar haqqında deməyə həmişə yeni bir söz tapılacaq”.

C.Buffle

 

“Bütün Avropanı sülhə gətirmək mənim üçün bir necə qadını barışdırmaqdan daha asandır”.

XIV Lüdoviq

 

“Qadınlar bizi xoşbəxt eləmək üçün bir, bədbəxt eləmək üçün min bir üsul bilirlər”.

 

H.Heyne

 

“Yalnız sevməyi bacaran qadınlar darıxdırıcı olur. Sevməklə yanaşı, nifrət etməyi də bacaranlar daha maraqlıdır”.

***

“Qadınlarda qeyri-adi intuisiya olur. Onlar ən aydın görünənlərdən başqa hər şeyi sezə bilirlər”.

***

“Qadının nə düşündüyünü bilmək istəyirsinizsə, ona qulaq asmayın, sadəcə baxın”.

O.Uayld

 

“Tanrı qızı, kişi isə qadını yaratdı”.

B.Vervil

 

“Qadın istəyəni Tanrı da istəyir”.

Fransız məsəli

 

“Qocadan nə vaxt öləcəyini soruşmaq, qadından nə vaxt doğulduğunu soruşmaqdan daha asandır”.

J.Labrüyer

 

“Deyirlər, Fransada qadınların kosmetikaya xərclədiyi pul dövlətin orduya xərclədiyindən daha çoxdur. Əslində, qadınların qələbəsi də daha çoxdur”.

Y.İpoxorskaya

 

“Qadınlar haqqında pis fikirdə olan kişilər, adətən, onlardan birini nəzərdə tutur”.

R.Qurmon

 

“Yazıçıların əksəriyyəti kişi olduğundan dünyadakı bütün günahlar qadınların ayağına yazılıb”.

S.Conson

 

 

“Qadına hərdən hökm etmək üçün gərək həmişə itaətində durasan”.

V.Hüqo

 

“Hər şey insanın, insan isə qadının əlindədir”.

A.Fürstenberq

 

“Qadının həyatında üç dövr olur: 1. Yaşını deməkdən qorxmur. 2. Yaşını deməyə qorxur. 3. Yaş özü hər şeyi deyir”.

L.Kumor

 

“Kişi qadının ayaqlarını dəyərləndirir və qarşısında diz çökür. Qadın isə kişinin başını dəyərləndirir və ora girməyə can atır”.

S.Vrublyovski

 

“Qadın həyatı elə də asan deyil, ən azı ona görə ki,  hər an kişiylə üz-üzə gəlməlidir”.

C.Konrad