Lev Tolstoy – “Hərb və sülh” Bu roman dahi rus yazıçısının ədəbi irsinin zirvəsi hesab edilir. Əsərdə oxucuya yazıçının dünyagörüşü və fəlsəfəsinin ən dərin qatları təqdim olunur. Roman artıq çoxdan əbədiyyət qazanıb. Bunun bir səbəbi də əsərin özündə həyat və ölüm, məhəbbət və nifrət, vicdan, müharibə və bu kimi bəşəri mövzuları ehtiva etməsidir. |
|
Aleksandr Düma – “Kraliça Marqo” XVI əsrin Fransası. Qəhrəmanlıqlar və xəyanətlər əsri. Nəhəng bir dövlətin taleyinin həll olunduğu dövr. Hər şey hələ təzə başlayır, amma artıq qan su yerinə axır... |
|
Filippa Qreqori – “Boleyn sülaləsinin mirası” Üçüncü həyat yoldaşının ölümündən sonra İngiltərə kralı VIII Henrix şəklini çox bəyəndiyi şahzadə Anna Klevskaya ilə evlənmək niyyətindədir. Amma İngiltərəyə təşrif buyuran gəlin heç də şəkildəki kimi cazibədar olmadığından kralda təəssüf hissi yaranır. Lakin artıq nikah bağlanıb və kraliça ağır sınaq qarşısındadır. |
|
Rafaello Covanyoli – “Spartak” Qulların üsyanından bəhs edən romanda məşhur qladiator Spartakın və silahdaşlarının azadlıq mübarizəsi təsvir olunur. Onlar köləliklə barışmayaraq qüdrətli Roma imperiyasına qarşı səfərbər olur və canları bahasına olsa belə, azadlığa qovuşmaq üçün silaha sarılırlar. |
|
Mixail Şoloxov – “Sakit Don” Romandakı hadisələr Rusiyanın mühüm tarixi dönəmləri fonunda cərəyan edir. Vətəndaş müharibəsi və inqilab nəinki Don kazaklarının illərdən bəri oturuşmuş qayda-qanunlarını, həmçinin bütün ölkənin simasını və taleyini dəyişir. |
|
Lyu Volles – “Ben-Qur” Hadisələr Qədim Romada erkən xristianlığın yarandığı dönəmlərdən bəhs edir. Əsərin baş qəhrəmanı olan Roma sərkərdəsi Ben-Qur dostunun xəyanəti səbəbindən qul kimi satılır. Birdən-birə cəmiyyətin zirvəsindən dibinə düşmüş Ben-Qur yalnız tapdalanmış ləyaqətini bərpa etmək yox, həm də sevimli xanımının, doğmalarının xilası üçün saysız-hesabsız sərgüzəştlər yaşamalı olur. |