“Ədəbiyyat xalqın silahıdır – ildırım kimi vahimə yaradan, çörək kimi sadə bir silah”.
J.Amadu
“Yalnız bəşəri ədəbiyyat milli və yalnız milli ədəbiyyat insani ola bilər. Biri o biri olmadan yaşaya bilməz”.
V.Belinski
“Yığcamlıq zəif əsəri ciddi iradlardan, oxucunu isə darıxmaqdan xilas edir”.
L.Byörne
“Söz insanı, ədəbiyyat cəmiyyəti ifadə edir”.
A.Bonald
“Təcrübə poeziyanın əsasını təşkil edir”.
H.Hauptman
“Şeir atla çapmaq, nəsr piyada addımlamaq kimidir. Piyada çox uzaqlara gedə bilərsən, at belində isə mənzil başına daha tez çatarsan”.
R.Həmzətov
“Mükəmməl nəsr yaratmaq üçün gərək həm də həndəsi ölçülərin mahir bilicisi olasan”.
***
“Gözəl qafiyələr bəzən şikəst fikirlərə əsa kimi dayaq olur”.
H.Heyne
“Bütün sahələrdə olduğu kimi, ədəbiyyatda da məsuliyyətin rəmzi istedaddır”.
Şarl de Qoll
“Hansısa bədii əsər yalnız ilk oxunuşda, bəzisi isə hətta onuncu oxunuşda da maraqlı olur”.
Horatsi
“Ciddi və yığcam yazı üslubunun əsas əlaməti ondan ibarətdir ki, müəllif əsərə xətər yetirmədən mətndən heç nəyi çıxara bilməz”.
***
“Əziyyətsiz yazılanlar, adətən, əziyyətsiz də oxunur”.
B.Conson
“Roman indiki zamanın tarixi, tarix keçmiş zamanın romanıdır”.
J.Düamel
“Adətən, belə düşünürlər ki, üslub adi şeylərin təsviri üçün qəliz vasitədir. Əslində isə üslub qəliz şeylərin təsviri üçün adi vasitədir”.
J.Kokto
“Bir yazıçıdan təsirlənmək plagiat, çoxlarından təsirlənmək isə tədqiqatdır”.
Y.Mizner
“Ədəbiyyatın vəzifəsi hadisələri ideyaya çevirməkdən ibarətdir”.
D.Sontayana
“Satira elə bir güzgüdür ki, tamaşaçı orada özündən başqa hamını görür”.
C.Svift
“Bütün oxucuları qane edə biləcək əsər yazmaq mümkün deyil”.
M.Servantes
“Təşbeh sözün paltarıdır”.
V.Solouxin
“Yaxşı yazılmış əsər heç vaxt oxucunu bezdirmir. Çünki yaxşı üslub həyatın özü kimidir, fikrin qan damarıdır”.
Q.Flober
“Elm – ədəbiyyatsız ruhsuz və qaba, ədəbiyyat isə elmsiz bomboş olardı. Çünki əsl ədəbiyyatın məğzində elm dayanır”.
***
“Sadə üslub parlaq işığa bənzəyir. Əslində, qəlizdi, amma oxucu onu sezə bilmir”.
A.Frans
“Siyasətdə bir tutarlı ifadə, yaxud hazırcavablıq uzun-uzadı çıxışlardan çox yaşadığı kimi, ədəbiyyatda da aforizmlər qalın romanlardan daha uzunömürlü olur”.
S.Sveyq
“Boyasız, rəngsiz əsər daha rəngarəng olur”.
Siseron
“Üslub düşüncənin paltarıdır”.
F.Çesterfild
“Təxəyyülün ürəyin diktəsiylə yazdıqlarına şüur düzəlişlər edəndə işimdən razı qalıram”.
M.Şaplan