“Musiqi – insanı Tanrıyla danışdıran dildir”.
A.German
“Musiqi – mənəviyyatla hissiyyat arasında olan vasitəçidir”.
B.Arnim
“Musiqi ağlayanda onunla bərabər bütün bəşəriyyət, bütün təbiət ağlayır”.
A.Berqson
“Musiqi – düşünmür, düşüncələri həyata keçirir”.
***
“Zəif poeziyadan qaynaqlanarsa, bu halda ən möhtəşəm musiqini belə acı tale gözləyir”.
R.Vaqner
“Musiqi, həqiqətən də, bəşəriyyətin dilidir”.
K.Veber
“Hər yaxşı musiqi ona görə ürəkdən gəlir ki, yenidən ürəklərdə özünə yuva qura bilsin”.
H.Hauptman
“Musiqinin sözün yaxşı mənasında yeniliyə ehtiyacı yoxdur. Əksinə, nə qədər köhnədirsə, bir o qədər təsirlidir”.
***
“Musiqi ritmlərində nəsə bir sirri-xuda var. Bu səs ən uca həqiqətlərə sahib olduğumuza inam yaradır”.
İ.Höte
“Musiqinin sirri ondadır ki, nitqin susduğu anda ifadə etmək üçün dibi görünməyən çeşmə tapır”.
A.Hofman
“Sözün hərdən musiqiyə ehtiyacı olsa da, musiqinin heç vaxt heç nəyə ehtiyacı olmur”.
***
“Mahnılarımı yaradan zaman qarşımda duran əsas məsələ musiqi bəstələmək yox, şairin məhrəm məqsədlərini gerçəkləşdirmək olur”.
E.Qriq
“Musiqi mənə dərin fikirlər təlqin edir. Onu dinləyərkən məndə yaratmaq eşqi baş qaldırır”.
E.Delakrua
“Musiqi – bəşəriyyətin universal dilidir”.
H.Lonqfello
“Qəmgin insan üçün ən yaxşı toxtaqlıq musiqidir”.
L.Kinq
“Musiqi yalnız məhəbbətə uduzur. Amma məhəbbət özü də bir musiqidir”.
A.Puşkin
“Musiqi – ən sakit sənətdir”.
P.Reverdi
“Musiqi yağış kimidir – damla-damla yağıb ürəyi cana gətirir”.
***
“Yaxşı musiqi uşaqlar kimi məsum, ahıllar kimi müdrikdir”.
R.Rollan
“Musiqi insanın mənəvi, ehtiraslı, estetik tərəflərini birləşdirir. Musiqi hisslərin dilidir”.
B.Suxomlinski
“Musiqi məni özümü, əsl simamı unutmağa məcbur edir. O məni özümdən ayırıb nəsə başqa bir yerə aparır. Musiqinin təsiri altında mənə elə gəlir ki, əslində, duymadıqlarımı duyur, anlamadıqlarımı anlayır, bacarmadıqlarımı bacarıram”.
***
“Musiqi – hisslərin stenoqrafiyasıdır”.
L.Tolstoy
“Musiqi – gözəl səslərə çevrilən düşüncədir”.
İ.Turgenev
“Musiqidən həzz almayan insan harmoniya anlayışından məhrumdur”.
D.Çarlino
“Musiqinin gözəlliyi sadəliyində və təbiiliyindədir”.
***
“Musiqi hər bir xalqın bütün xalqların istifadəsi üçün töhfə verdiyi xəzinədir”.
***
“Sözün aciz qaldığı yerdə musiqi öz rəngarəng diliylə peyda olur”.
P.Çaykovski
“Musiqi kədərin səsini boğur”.
U.Şekspir
“Şahmatda olduğu kimi, musiqidə də əsas güc vəzirə (melodiyaya) məxsusdur, amma hər şeyi şah (harmoniya) həll edir”.
R.Şuman
“Musiqi düşüncələrimizin dərin qatlarını açır”.
R.Emerson
“Musiqi heç nəyi yada salmadan hər şeyi deyə bilər”.
İ.Erenburq