Elektron ədəbiyyat və sənət portalı

Həqiqət haqqında aforizmlər

Bölmə: Azad ərazi 30.08.2019

 

“Həyat və rifah yalnız həqiqətdədir. Həqiqətin yalanın köməyinə ehtiyacı yoxdur”. 

***

“Həqiqəti səhv, yanlış anlamaq onun özünə xələl gətirmir”. 

***

“Ən acı həqiqət ən şirin yalandan yaxşıdır”.

V.Belinski

 

“Həqiqət həqiqətə zidd ola bilməz”.

C.Bruno

 

“Yalnız həqiqət ən gözəl sevgiyə layiqdir”.

N.Bualo

 

“Faydalı həqiqətləri gərək imkan daxilində tez-tez dilinə gətirəsən”.

P.Buast

 

“Həqiqət tiranın yox, zamanın qızıdır”.

F.Bekon

 

“Həqiqət idrakın günəşidir”.

***

“Sözlərin və fikrin çərçivələri olsa da, həqiqət hüdudsuzdur”.

L.Vovenarq

 

“Həqiqəti və azadlığı sevməyən adam yüksəklərə qalxsa da, heç vaxt dahi olmayacaq”.

F.Volter

 

“Həqiqətə əks olan tərəf də yalnız həqiqətin özüdür”.

J.Volfrom

 

“Bütün tələbatlardan ən ciddisi həqiqəti dərk etməkdir”.

H.Hegel

 

“Səhv etmək qorxusu bizi həqiqət axtarışlarından çəkindirməməlidir”.

***

“Həqiqətə çatmaq üçün ən rahat yol onu istəməkdir”.

K.Helvetsi

 

“Həqiqətə hörmət – müdrikliyin ilk əlamətidir”.

A.Gertsen

 

“Yeni həqiqətin qarşısında dayanan ən təhlükəli şey köhnə yanlışlıqdır”.

***

“Həqiqət tez-tez təkrarlanmalıdır. Çünki səhvlər bir an belə bizi rahat buraxmır”.

İ.Höte

 

“Həqiqətin və azadlığın gücü ondadır ki, hətta ziddinə gedəndə belə onlara xidmət etmiş olursan”.

***

“Həqiqətə dolayı yollarla çata bilməzsən”.

V.Hüqo

 

“Həqiqət yola çıxdısa, heç kim onu saxlaya bilməz”.

E.Zolya

 

“Həqiqət gur işıq kimidir – gözü qamaşdırır”.

A.Kamyu

 

“Ən mühüm həqiqətlər belə unudulanda yatır və xatırlananda oyanır”.

F.Klinger

 

“Zaman həqiqətin ən yaxın dostu, xurafat ən qatı düşmənidir”.

G.Kolton

 

“Həqiqət çox vaxt elə sadə olur ki, ona inanmırlar”.

F.Levald

 

“İnsan çox, həqiqət isə təkdir. Odur ki onu axtaranlar bir-birinə kömək etməlidir”.

H.Leybnits

 

“Həqiqət heç vaxt mücərrəd olmur, o, həmişə konkretdir”.

V.Lenin

 

“Həqiqətə can atmaq – bu yolda azsan belə, alqışa layiqdir”.

H.Lixtenberq

 

“Həqiqətlə mübarizədə yalan özü özünü ifşa edir”.

K.Marks

 

“Həqiqətə hakim olmaq kifayət deyil, gərək o özü bizə hakim olsun”.

M.Meterlink

 

“Həqiqət yalnız onu axtaranların qarşısına çıxmağa can atır”.

Minusi

 

“Hətta ən yoxsul və çılpaq həqiqət də geyimli-kecimli, parıltılı yalandan daha gözəl və möhtəşəmdir”.

İ.Nyevo

 

“Həqiqəti gizlətmək yaramazlıq, yalan demək qorxaqlıqdır”.

N.Oqaryov

 

“Dürüstlüyü əldə saxlamaq, həqiqəti isə gəzib axtarmaq lazımdır”.

M.Prişvin

 

“Yanlışlığa minlərlə, həqiqətə isə yalnız bir yol var”.

J.Russo

 

“Böhtandan da dəhşətli olan bir silah var: bu, həqiqətdir”.

S.Taleyran

 

“Həqiqəti dərk etmək yolunda əsas maneə yalan yox, yarımçıq həqiqətdir”.

L.Tolstoy

 

“Həqiqətin gücü ondadır ki, sonsuzluğa qədər təkrarlansa da, öz həqiqiliyindən çıxmır”.

K.Fedin

 

“Məhz ən sadə həqiqətlər insana daha gec çatır”.

L.Feyerbax