Elektron ədəbiyyat və sənət portalı

Mənəviyyat haqqında

Bölmə: Azad ərazi 24.07.2019

 

“İnsanın düşüncəsi kimi, mənəviyyatının da hüdudları sonsuzdur”.

O.Balzak

 

“Mənəviyyat nədir? Özündə nələri əks etdirməlidir? İlk öncə səndə insanın bu dünyadakı ali təyinatına, ləyaqətinə dərin və sarsılmaz inam hissi olmalıdır. Görülən bütün xeyirxah əməllərin kökü məhz bu amaldan, bu inamdan gəlir”.

V.Belinski

 

“Mənəviyyatı korlamaq onu düzəltməkdən daha asandır”.

L.Vovenarq

 

“Ayıb bir iş görən insan ən əvvəl özündən utanmalıdır”.

Demokrit

 

“Mənəviyyat aptekdə və ya kulinariyada istifadə olunan reseptlər kimi yazılı şəkildə təqdim edilmir”.

D.Dyui

 

“Mənəviyyat insanın xarakterində görünməlidir”.

İ.Kant

 

“Mənəviyyat adı altında biz xarici yox, daxili dünyamızı nümayiş etdiririk”.

Y.Komenski

 

“Öz haqqını borcuyla tənzimləyə bilən insan mənəviyyatlı insandır”.

J.Lakorder

 

“Cəmiyyətdə mənəviyyatın korlanması demokratik ölkələr üçün ölümcül, diktatura rejimləri üçün sərfəlidir”.

D.Leopardi

 

“Yüksək mənəvi dəyər – özün üçün arzuladığını başqalarına etməklə ölçülür. İnsan həmrəyliyi anlayışı da məhz bu zaman yaranır”.

V.Libknext

 

“Mənəviyyat – heç şübhəsiz, yaşamımızın ən mühüm tərəfidir, bəlkə də, həyat şövqüdür”.

T.Mann

 

“Elə həqiqətlər var ki, onlara kimlərisə inandırmaq kifayət deyil, gərək həm də hiss etdirəsən. Mənəviyyatla bağlı olanlar məhz belə həqiqətlərdəndir”.

Ş.Monteskyö

 

“Şəxsi maraqlar və istəklər nəzərə alınmadan həqiqətə tabe olmaq! Dürüstlük və mənəviyyat məhz bundan ibarətdir”.

N.Oqaryov

 

“İnsanın mənəviyyatına müxtəlif əməllərinə görə deyil, gündəlik həyat tərzinə görə qiymət vermək lazımdır”.

***

“Bizim bütün dəyərimiz düşüncə qabiliyyətinə malik olmağımızla ölçülür. Düzgün düşünmək isə artıq mənəviyyat məsələsidir”.

B.Paskal

 

“Mənəviyyata bağlı olan hər şey sağlam düşüncəsiz etibarlı deyil”.

N.Piroqov

 

“Ən yüksək mənəviyyat özünü başqalarına qurban verməkdir”.

M.Prişvin

 

“Mənəviyyatın əsas şərti mənəvi insan olmağı arzulamaqdır”.

***

“Mənəvi öhdəliklərin dairəsi qanunların yazdığından qat-qat genişdir”.

Kiçik Seneka

 

“Xoş məramlar yaxşı qanunlardan daha əhəmiyyətlidir”.

Tasit

 

“Müdriklik və mənəviyyat həmişə bir-birini tamamlayır”.

L.Tolstoy

 

“Millətin əsas kapitalı – xalqın mənəviyyatıdır”.

M.Çernışevski

 

“İnsan şüur və mənəviyyat baxımından nə qədər yüksəkdə dayanırsa, bir o qədər azaddır və həyatdan daha çox zövq alır”.

                                                                                     A.Çexov