Elektron ədəbiyyat və sənət portalı

Azadlıq haqqında aforizmlər

Bölmə: Azad ərazi 12.07.2019

 

“Azadlıq və sağlamlıq eyni şeydir – hər ikisinin qədrini itirəndə bilirsən”.

A.Bek

 

“Azadlıq istəməyən insan yoxdu: sadəcə, ədalətli adam onu hamı üçün, ədalətsiz isə yalnız özü üçün arzulayır”.

L.Byörne

 

“Azad insan külli-ixtiyar sahibi olmağa can atmaz. Azadlıq eyni ölçüdə həm ağalığa, həm də nökərliyə əks mövqedədir”.

M.Bontempelli

 

“Azadlıq nədən belə şirindir? Çünki o, nemətlərin ən dadlısıdır”.

F.Volter

 

“Nökər ağasız olsa belə, yenə azad deyil. Nökərlik onun canındadır”.

H.Heyne

 

“Kor-koranə azadlıq adama xeyirdən çox, zərər gətirir”.

A.Qraf

 

“Kölə ruhla azadlıqda olmaqdansa, azad ruhla məhbəsdə olmağa üstünlük verirəm”.

Y.Debs

 

“Azadlıq insanın gücünü və cəsarətini ikiqat artırır”.

Ş.Dümurye

 

“İstənilən növ imtiyaz azadlığa və ədalət hissinə qazılan qəbirdir”.

İ.Zeyme

 

“Əgər yalan danışa bilmirsənsə, deməli, azad insansan”.

A.Kamyu

 

“Azadlıq təbiətin insana verdiyi ən böyük nemətdir”.

Leonardo da Vinçi

 

“Azadlıq istənilən mülkiyyətdən, insan isə dollardan daha üstündür”.                                

***

“Qurdla quzunun azadlığı tamam fərqlidir. İnsan cəmiyyətində hökm sürən anlaşılmazlıqların məğzini də burada axtarmaq lazımdır”.

A.Linkoln

 

“Azadlığa qarşı çıxmaq zəiflik əlamətidir”.

D.Loyell

 

“Azad olmaq – hər şeydən əvvəl öz şəxsi məntiqinin əsirliyindən yeganə xilas yoludur”.

A.Monterlan

 

“Azadlıq – başqa nemətlərdən istifadə etməyə imkan yaradan nemətdir”.             

***

“Azadlıq – qanunun imkan verdiyi hər şeydən istifadə haqqıdır”.

Ş.Monteskyö


“Azadlıq – ruhumun ilahi qidasıdır”.

Ş.Petefi

 

“Ah, azadlıq, ömrümün rahatlığı! Sənsiz istənilən iş işgəncə, həyat  gün-gün uzanan ölümdür”.

P.Prudon

 

“Azad olmaq istəyən insan artıq azaddır”.

J.Russo

 

“Ən azad insan hətta köləlikdə belə azad olmağı bacarandır”.

B.Fontenel

 

“Qəribədir ki, azadlıq hissinə ən dözümsüz insanlar onu bağıra-bağıra tələb edənlərdir”.

F.Çesterfild

 

“Azadlıq məsuliyyət deməkdir”.

B.Şou

 

“Digərlərini əsarətdə saxlayan xalq heç vaxt özünü azad hiss edə bilməz”.

F.Engels

 

“Dünyada insan düşüncəsi qədər azad heç nə yoxdur”.

D.Yum