Elektron ədəbiyyat və sənət portalı

Dostluq haqqında deyimlər

Bölmə: Azad ərazi 26.09.2019

 

“Hamıyla dost olandan adama dost olmaz”.

***

“Cəsurluq döyüşdə, müdriklik mürəkkəb vəziyyətdə, dostluq ehtiyacda sınanır”.

Əl-Hərizi

 

“Öz xəstəliyini yalnız iki adama açıb deyə bilərsən: təbibə və dosta”.

Əttar

 

“Dost dilindən eşitdiyin tənqid necə də xoşdur. Çünki nə qədər acı olsa da, o sözün düzgünlüyünə inanırsan, o sözdən incimirsən”.

***

“Xudbinlik dostluğun qənimidir”.

O.Balzak

 

“Yalnız hər sözümü deyə bildiyim adam mənim dostumdur”.

V.Belinski

           

“Qüsursuz dost axtaran dostsuz qalar”.

Bias

 

“Dostluğun təməli bərabərlikdir – burada kiminsə üstün tərəf olmasına yer yoxdur”.

E.Boesi

 

“Səmimi dostlardan məhrum olan kəs ən tənha insandır”.

***

“Dostluq sevincli anları artırıb kədərli anları azaldır”.

F.Bekon

 

“Dostluğun gözü nadir hallarda səhv görür”.

F.Volter

 

“İnsanın ağlı və xasiyyəti barədə ən düzgün qiyməti oxuduğu kitablar və dostlarının kimliyi verir”.

*** 

“Ürəkdən tikanı yalnız dost əli çıxara bilər”.

K.Helvetsi

 

“Əsl dostlar uzun müddət küsülü qala bilməzlər”.

İ.Höte

 

“Dostluq da çay kimidir: tünd və o qədər də şirin olmasa yaxşıdır”.

F.Qladkov

 

“Dostluqda nə ağa, nə də nökər var. Dostluq bərabərliyi sevir”.

İ.Qonçarov

 

“Dostun köməyindən çox, onu ala biləcəyimizə olan əminliyə ehtiyacımız var”.

***

“Dostluq həmfikirlilikdən yaranır”.

***

“Əgər bir əsl dostun yoxdursa, yaşamağa dəyməz”.

Demokrit

 

“Dostluq xidmət deyil, ona görə minnətdar olmurlar”.

Q.Derjavin

 

“Dostlar arasında hər şey bərabər olmalıdır”.

Evripid

 

“Sadiq dost üçün nəyisə artıqlamasıyla etməyə ehtiyac yoxdur”.

***

“Ən ağır cinayət dostun etibarından sui-istifadə etməkdir”.

H.İbsen

 

“Dost dostunun xoş gününə yalnız dəvətlə, pis gününə dəvətsiz getməlidir”.

İ.Sokrat

 

“Xeyirxah dost ən böyük xəzinədir”.

***

“Bir ağılsız dostun adama etdiyini yüz ağıllı düşmən edə bilməz”.

Kabus

 

“Ən çətin iş dostların etibarını qazanmaqdır”.

E.Kapiyev

 

“Xoş günümüzdə dostlar bizi, pis günümüzdə biz dostları tanıyırıq”.

D.Kollinz

 

“Etibar – dostluğun ilkin şərtidir”.

J.Labrüyer

 

“Cahil dostdan təhlükəli heç nə yoxdur”.

J.Lafonten

 

“Qüsurlarımızı açıb deyən düşmən onu gizləyən dostdan daha xeyirlidir”.

Da Vinçi

 

“Dostluq qarşılıqlı hörmət olmadan mümkün deyil”.

A.Makarenko

 

“Yaxşı dost olanın yaxşı da dostları olar”.

N.Makiavelli

           

“Dostları saxlamağın ən yaxşı yolu onlara xəyanət etməməkdir”.

U.Mizner

 

“Mənimlə bərabər dəyişən və hər addımımı təkrarlayan dost lazımım deyil! Kölgəm bunu ondan yaxşı edir”.

Plutarx

 

“Bitən dostluq, əslində, heç başlamamışdı”.

Publili Sir

 

“Dost – ona ehtiyacın olduğunu hər dəfə əvvəlcədən hiss edəndir”.

J.Renar

 

“Dostlar arasında anlaşılmazlıq aralarına üçüncü adam girəndən sonra başlayır”.

R.Rollan

 

“Riyakar dost riyakar düşməndən daha təhlükəlidir”.

 J.Russo