Tərcümə Mərkəzi VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir

Bölmə: Xəbər 27.09.2019

 

Sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub. 81 yerli, 40 xarici nəşriyyatın və əlaqədar qurumların qatıldığı sərgidə yüzə yaxın yerli və dünya ədəbiyyatı  nəşrləri ilə Dövlət Tərcümə Mərkəzi də iştirak edib.

Sentyabrın 28-də Mərkəzə ayrılan sərgi seksiyasında “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində istedadlı gənc şair Şəhriyar Del Geraninin yaxın günlərdə işıq üzü görmüş “Gecəniz şeirə...” kitabının (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) təqdimatı keçiriləcək.