“Mərdlik – ruhun bədən üzərində qələbəsidir”.
A.Amel
“Mərdlik – dava salmaq yox, davanı sovuşdurmaqdır”.
M.Anderson
“Vətənin müdafiəçisinin mərdliyi xeyir, quldurun mərdliyi şər əməldir”.
A.Bestujev-Marlinski
“Əsl qəhrəman təhlükə ehtimalını ağlına belə gətirməyəndir”.
L.Byörne
“Mərdlik müqavimət üçün özündə güc tapmaq, qəhrəmanlıq şərin üzərinə getməkdir”.
***
“Mərd adam, adətən, çəkdiyi əzablardan gileylənmir, namərd isə çəkmədiyi əzablardan gileylənir”.
P.Buast
“Mərdlik də istedad kimi anadangəlmə olur”.
V.Bıkov
“Əsl qəhrəmanlıq fəlakət zamanı üzə çıxır”.
F.Volter
“Mal-mülkünü itirəndə az şeyi, vicdanını itirəndə çox şeyi, mərdliyini itirəndə isə hər şeyi itirmiş olursan”.
***
“Həmişə qəhrəman olmaq çətin məsələdir, amma həmişə əsl insan kimi qalmaq mümkündür”.
İ.Höte
“Qəhrəmanlıq üçün həyatda həmişə imkan var”.
M.Qorki
“Mərdlik taleyin ağır zərbələrini heçə endirir”.
***
“Mərdlik təkcə düşməni yenmək yox, həm də öz ehtiraslarını cilovlamağı bacarmaqdır”.
Demokrit
“Həddən ziyadə mərdlik, həddən ziyadə qorxaqlıq kimi bir qüsurdur”.
B.Conson
“Qəhrəmanlıq qəhrəmanla birlikdə ölmür, əbədi yaşayır”.
Evripid
“Qəhrəmanlıq təkcə təhlükəni mərdliklə aşmaq yox, həm də kişi kimi onun üstünə getməkdir”.
Jan Pol
“Ləyaqətsiz mərdlik vəhşi heyvan kimi bir şeydir”.
***
“Mərdliyin ən böyük sınağı, məğlub olsan da ruhdan düşməməkdir”.
P.İnqersol
“Tale həmişə mərdlərin tərəfindədir”.
P.Kalderon
“Mərd adam həmişə sözünün yiyəsidir”.
P.Kornel
“Ölümün gözünə mərdlik və soyuqqanlıqla baxmaq onu özündən uzaqlaşdırmağın ən yaxşı yoludur”.
D.Lebbok
“Qəhrəmanlıq da istedad kimi məqsədə aparan yolu qısaldır”.
L.Leonov
“Proletariat üçün mərdlik, şəxsi ləyaqət, azadlıq və qürur hissi çörəkdən irəlidir”.
K.Marks
“Qəhrəmanı avantüristdən fərqləndirən mümkünü, mümkünsüzdən ayıra bilmək bacarığıdır”.
K.Mommzen
“Mərd adamın qarşısında bütün yollar açıqdır”.
Ovidi
“Qəhrəmanlıq ən yüksək səviyyədə qərarlaşan məsuliyyətdir”.
P.Pavlenko
“Mərdi-mərdanə, şərəfli ölüm, şərəfsiz ömürdən yaxşıdır”.
Ş.Rustaveli
“Mərdlik qolun gücü və qılıncla ölçülmür. Mərd adam ədalətli və öz hisslərinə hakim olmağı bacarandır”.
Sədi