Tanınmış gürcü şairi Tərcümə Mərkəzində

Bölmə: Xəbər 03.10.2019

 

Tanınmış gürcü şairi, Gürcüstanın “Yeni mücrü” ədəbiyyat jurnalının baş redaktoru Şota İataşvili Tərcümə Mərkəzində olub.

Görüşdə Azərbaycan–Gürcüstan ədəbi əlaqələri istiqamətində ərsəyə gətiril­miş nəşr layihələrdən söz açılıb, Mərkəz tərəfindən gürcü dilinə tərcümə edilərək Tbilisidə nəşr olunmuş “Azərbaycan ədəbiyyatı antologiyası”Azərbaycan dilinə tərcümə edilib. Bakıda nəşr olunmuş “Gürcü hekayələri”, məşhur gürcü şairi, Çavçavadze mükafatı laureatı Bağater Arabulinin “Gündüz yuxuları” kitablarının hər iki ölkənin mədəni həyatı üçün əlamətdar töhfələr olduğu qeyd edilib, perspektiv ədəbi mübadilələr istiqamətində “Yeni mücrü” və “Xəzər” jurnalları arasında əlaqələrin qurulması və digər əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.