Yeni mədəniyyət portalı fəaliyyətə başlayır

Bölmə: Xəbər 04.10.2019

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzi yaxın günlərdə “Epiloq.az” adlı yeni elektron mədəniyyət portalının yayımına başlayacaq. “Epiloq.az” – yerli və dünya ədəbi-mədəni prosesində baş verən mühüm hadisələri, ölkənin dil, ədəbiyyat, tərcümə, tədris və digər sahələrində yaşanan mənzərələri, mövcud problemləri operativ şəkildə işıqlandıracaq. Portalın Facebook və YouTube səhifələri bu mövzularda videomüsahibələr, dəyirmi masalar, debat və dialoqlar təqdim edəcək.

      Portalın baş redaktoru – tanınmış yazıçı-publisist  Qan Turalıdır.