Markes həyat və ədəbiyyat haqqında

Qabriel Qarsia Markes

 

 

İlham pərisi yalnız yazı prosesi zamanı yazıçıya yaxınlaşır.

***

Hələ bu vaxtacan özünü, az da olsa tənha hiss etməyən insana rast gəlməmişəm.

***

Hər hansı işdə qadın əli varsa, bilirəm ki, axırı yaxşı olacaq. Tamamilə əminəm: dünyanı idarə edən qadınlardı.

***

Sənə dərd gətirən insan həmişə var və olacaq. Amma gərək onlara inamından dönməyəsən, sadəcə, azca ehtiyatlı olasan.

***

Özünü dağa-daşa salma... Ən yaxşı şeylər təsadüfən olur.

***

ABŞ Latın Amerikasına böyük sərmayələr qoyur, amma bizim, bir qəpik belə xərcləmədən etdiklərimizi edə bilmək onlara müyəssər olmayıb. Biz onların dilini, musiqisini, mətbəxini, məhəbbətini, düşüncə tərzini dəyişmişik. Onların Latın Amerikasına göstərmək istədiyi təsiri biz onlara göstəririk...

***

Vaxtını səninlə bölüşməyə can atmayan insana vaxt sərf etmə.

***

Ola bilsin, bu dünya üçün sən sıravi insansan, amma hansısa insan üçün bütöv bir dünyasan.

***

Hətta kefin olmayanda belə gülümsə. Kimsə sənin təbəssümünə vurula bilər.

***

Əsl dost – sənin əlindən tutanda ürəyinin səsini eşidə bilən insandır.

***

Mən səni sənə görə yox, sənin yanında olan özümə görə sevirəm.

***

Bir insan da sənin göz yaşlarına layiq deyil. Layiq olanlar səni heç zaman ağlatmazlar.

***

Sevdiyini burax getsin... əgər o sənindirsə, qayıdacaq.

***

İnsan üçün darıxmağın ən ağırı – kiminləsə birlikdə olub, heç vaxt onunla bir olmayacağını anlamaqdır.