İmir Məmmədli

Bölmə: Mərkəz 11.06.2018

 

İmir Məmmədli

İmir Məmməd oğlu Məmmədov (ədəbi təxəllüsü- İmir Məmmədli) 1957-ci il avqustun 7-də Gürcüstanın Kaspi rayonunda anadan olub. Tbilisi Dövlət Universitetinin filologiya fəkültəsini (ixtisası- bədii tərcümə)  bitirib. Müxtəlif illərdə bu ölkənin Dövlət Tele-Radio Komitəsində, “Sovet Gürcüstanı” qəzetində, Gürcüstan Yazıçılar Birliyində və Gürcüstan Prezident Aparatında çalışıb (Gürcüstan prezidentinin Regional siyasəti və idarə etmə xidmətinin rəis müavini vəzivəsinə gədər yüksəlib).

2005-ci ildən 2019 ilin yanvar ayına qədər Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətində Ədəbiyyat və İncəsənət Verilişləri Departamentinin direktoru vəzifəsində çalıışıb.

Hazırda Azərbaycan Dovlət Tərcümə Mərkəzində ekspert vəzifəsində işləyir.

Evlidir, iki oğlu, üç nəvəsi var.

 

KİTABLARI:

İstəsəm də istəməsəm də (Azərbaycan dilində)

Novellalar (azərbaycan dilində)

Kişilərə mesaj (azərbaycan dilində)

Qapı (azərbaycan dilində)

İmirə dediklərim (azərbaycan dilində)

Bir novella, bir pyes (azərbaycan dilində)

Qışda danışılan yay əhvalatları (azərbaycan dilində)

Günorta (azərbaycan dilində)

Aha (azərbaycan dilində)

Baş tutmayan bayram (gürcü dilində)

Fikir sayğacı (gürcü dilində)

Gürcüstan ozan nəğməsi (gürcü dilində)

Şairin yüz şeiri (gürcü dilində)

 

SƏHNƏLƏŞDİRİLMİŞ PYESLƏRİ:

Açar (komediya) – Gənclər teatrı

İşıq tozu (psixoloji komediya) İrəvan Dövlət Azərbaycan Dram Teatrı

Çarə (dramma) Bakı uşaq teatrı

Oğru doğru (komediya) İrəvan Dövlət Dram Teatrı

 

FİLMOQRAFİYA:

Koşk- eviniz abad (kinokomediya) Cəfər Cabbarlı adına Azərbaycan kinosdudiyası (Dövlət sifarişi)

Xoruz Bayram - (kinokomediya) Türkiyədə ekranlaşdırılıb

Azarkeş – (kinokomediya) Tammetrajlı televiziya filmi

Gəl təzədən evlənək – (kinokomediya) Tammetrajlı televiziya filmi

Qovğalı kəndinin gecələri (kinokomediya) Tammetrajlı televiziya filmi

Balqabaq – (kinokomediya) Qısametrajlı televiziya filmi

 

TƏRCÜMƏLƏRİ:

Şota Rustaveli – Rələngdərili cəngavər

Yunis İmrə - şeirləri

Məhəmməd peyğəmbərin kəlamları

Aşıq Ələsgər – şeirləri

Vaqif Səmədoğlu şeirləri

Nüsrət Kəsəmənli –şeirləri

Şağdaş azərbaycan nəsr antologiyası

Afaq Məsud – Azadlıq (Roman, hekayə və esselər)

Afaq Məsud – Qatarın altına atılan qadın (pyes)

Quram Pancikidze – Saf daş (roman)

Arçil Kikodze – Cənub fili (roman)

Aka Morçiladze – Yetim

Elquca Marğia – Rübailər

 

TƏLTİFLƏT:

Şərəf Ordeni kavaleri (2000 )

Gürcüstan Dövlət Mükafatı laureatı (2001)

Maşabeli Mükafatı laureatı (1997)

Azərbaycan Respublikası Prezident Mükafatçısı (2010)

Milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş müsabiqənin xüsusi mükafatçısı(2011)