Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəsmisi, Azərbaycanda rusdilli tədris müəssisələri Assosiasiyasının rəhbəri Lyubov Yakunina və Rusiya Mədəniyyət Mərkəzinin (rus icmasının) rəhbəri Qalina Manafova ilə görüş keçirilmişdir. Mərkəzin Beynəlxalq əlaqələr və tərcümə işi idarəsinin əməkdaşlarının iştirakı ilə baş tutan görüşdə ikitərəfli ədəbi-mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Lyubov Yakunina və Qalina Manafova təmsil etdikləri qurumların Mərkəzlə yaxından əməkdaşlığından məmnunluq duyduğunu, bu əməkdaşlığın hər iki ölkənin mədəni həyatına töhfələr verəcəyini bildiriblər.
Görüşün sonunda qonağa Mərkəzin nəşrləri hədiyyə verilib.