Elektron ədəbiyyat və sənət portalı

İstedad və dahilik haqqında

Bölmə: Azad ərazi 16.10.2019

 

 

“Başqalarına çətin gələni asanca etmək – istedad, istedadın öhdəsindən gələ bilmədiyini etmək isə dahilikdir”.

A.Amel

 

“İstedad yalnız illəri, dahilik isə zamanları qabaqlayır”.

O.Balzak

 

“Dahilər heç nəyi yarımçıq etmir”.

K.Viland

 

“Rəqabət – dahilərin qidasıdır”.

F.Volter

 

“İstedadın əlindən tutmaq, yaxud da onu arxadan itələmək lazım deyil. Yolu o özü tapacaq və hamıdan irəlidə olacaq”.

R.Həmzətov

 

“Əgər bəşəriyyət bir kitabdırsa, dahilər onun sərlövhələridir”.

F.Hebbel

 

“Əsl istedad öz gücündən, saxta istedad isə başqalarının gücsüzlüyündən istifadə edir”.

İ.Herder

 

“Əslində, dahi də hamı kimi bir insandır”.

İ.Höte

 

“Dahilik – bir baxışla ənginliklərin bütün nöqtələrini görə bilmək bacarığıdır”.

P.Qolbax

 

“Dahi – cığırı açan, istedad isə o cığırla özünəməxsus addımlarla irəliləyəndir” .

K.Qutskov

 

“Dahilik insanın boyu ilə ölçülmədiyi kimi, böyük xalqlar da sayı ilə ölçülmür”.

V.Hüqo

 

“Zəkanın genişliyi, təxəyyülün gücü və ruhun diriliyi – dahilik budur”.

D.Didro

 

“Dahilik – görünməyəni görmək, hərəkətsizi hərəkətə gətirmək, toxunulmazı görünənə çevirməkdir”.

Y.Yuber

 

“Dahilik – hissiyyatın zirvəsidir”.

O.Kokto

 

“Böyük qüsurlara yalnız böyük insanlar malik ola bilərlər”.

***

“Yüksək keyfiyyətlərə malik olmaq azdır, dahi olmaq üçün onlardan istifadə etməyi də bacarmalısan”.

F.Laroşfuko

 

“Özünü vaxtından əvvəl dahi hesab edən – məhv olmuş adamdır”.

Q.Lixtenberq

 

“Zəhmətsiz istedad atəşfəşanlıq kimi bir şeydir – bir anlıq göz qamaşdırsa da, ondan heç nə qalmır”.

P.Marten dyu Qar

 

“Dahi olmaq çətin deyil – çətini, eyni zamanda, həm də insan olaraq qalmaqdır”.

J.Mişle

 

“Böyük işlər görmək üçün mütləq dahi olmaq, insanlardan yüksəkdə dayanmaq lazım deyil. Onlardan biri də olmaq olar”.

Ş.Monteskyü

 

“Dahi insanlar – öz dövrünü işıqlandırmaq üçün yanmağa məhkum edilmiş meteorlardır”.

I Napoleon

 

“Mən dahilərin çiynindən baxdığım üçün uzaqları başqalarından daha yaxşı görə bildim”.

İ.Nyuton

 

“Əslində, dahiyanə adlandırdığımız əsəri dərindən duymağın özü də dahilik tələb edir”.

E.Po

 

“İstedad öz-özlüyündə şəffafdır, o yalnız nəyəsə tətbiq olunanda rəng alır”.

M.Saltıkov-Şedrin

 

“Başqalarının istedadını təyin etmək üçün gərək əvvəl öz istedadını sınaqdan keçirəsən”.

J.Simenon

 

“İstedaddan yüksəkdə dayanan çox nadir, incə, qeyri-adi bir vergi var. Bu, başqalarının istedadını etiraf etməkdir”.

E.Xabbard

 

“İstedadın gücü həqiqətdədir: yanlış yol ən böyük istedadı da məhv edə bilər.

N.Çernışevski

 

“İstedadlı çalışır, dahi yaradır”.

P.Şuman

 

“Dahilik – bir faiz ilham, doxsan doqquz faiz tər tökməkdir”.

T.Edison

 

“Dahinin hər yaratdığında imtina etdiyimiz fikirlərimizi görürük”.

P.Emerson