Elektron ədəbiyyat və sənət portalı

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb

Bölmə: Xəbər 20.10.2019

“Xəzər”in oxucuları jurnalın bu sayında:

 

“Nobel kürsüsü” rubrikasında – Patrik Uaytın “Qadın əli” romanı;

“Azərbaycan ədəbiyyatı” rubrikasında – Musa Urudun şeirləri;

“Korifeylər” rubrikasında – Frans Kafkanın  pritçaları;

“Rus ədəbiyyatı” rubrikasında – Anton Çexovun  “Çöl” hekayəsi;

“İlahi keçid” rubrikasında – “Tövrat”dan tərcümə;

“Hekayə” rubrikasında – Vladimir Nabokovun müsahibəsi və  “İşarələr və əlamətlər” hekayəsi;

“İspan poeziyası” rubrikasında – Federiko Qarsia Lorkanın şeirləri;

“Roman” rubrikasında – Varqas Lyosanın  “Polemino Moleronu kim öldürüb” romanı;

“Memuar” rubrikasında – Salvador Dalinin “Salvador Dalinin gizli həyatı”;

“Kino” rubrikasında – Federiko Fellini ilə kino tənqidçisi Covanni Qratsisininin söhbəti;

“Teatr” rubrikasında – Georgi Tovstonoqovun “Səhnə güzgüsü”  əsərindən hissələr;

 “Dünya uşaq ədəbiyyatı kitabxanası” rubrikasında – Sakarias Topeliusun “Ağcaqayın və ulduz” nağılı ilə tanış ola biləcəklər.