“Nə qədər ki xatırlanır, ölən sağdır”.
E.Anrio
“Dahi insanların həyatı ölümlərindən sonra başlayır”.
J.Arrera
“Ölüm qorxulu deyil, qorxulu olan onun vaxtından əvvəl gəlməsidir”.
S.Borodin
“Ölümdən yox, boş keçən həyatdan qorxmaq lazımdır”.
B.Brext
“Ölüm qorxusu ölümün özündən daha dəhşətlidir”.
C.Bruno
“Unudulmaq – ikinci ölümdür”.
S.Buffler
“Dirilərə mərhəmətlə yanaşmaq lazımdır, ölülər haqqında isə yalnız həqiqəti deməlisən”.
F.Volter
“Ölülər xeyir əməllərini burada saxlayır, günahlarını özləriylə aparırlar”.
Çe Gevara
“Faydasız ömür vaxtsız ölüm kimi bir şeydir”.
***
“Ölümdən qorxa da bilərsən, qorxmaya da, amma onun gəlişi qaçılmazdır”.
İ.Höte
“Bizim ölümsüzlüklə bağlı ümidlərimiz hansısa bir dindən qaynaqlanmır, əksinə, demək olar ki, bütün dinlər məhz bu ümiddən yaranıb”.
P.İngersoll
“Yaxşı yaşanan gün rahat yuxu gətirdiyi kimi, yaxşı yaşanan ömür də rahat ölüm gətirir”.
L.da Vinçi
“Cavan da ölə bilər, qoca isə ölməlidir”.
H.Lonqfello
“Ölüm – ən böyük yaradıcıdır”.
A.Mandzoni
“Qəhrəmanların ölümü günəşin qürubuna bənzəyir”.
K.Marks
“Yüz il sonra dünyada olmayacağımıza ağlamaq yüz il əvvəl dünyada olmadığımıza ağlamaq kimi səfeh bir şeydir”.
M.Monten
“Gec-tez hamımız eyni bir limana yön alacağıq”.
Ovidi
“Ölümsüz əsərlər yaradan insanlar üçün ölüm həmişə vaxtından əvvəl gəlir”.
Kiçik Plini
“Həyatı ölümsüz təsəvvür edin. Bəlkə də, hər gün özümüzü öldürmək istərdik”.
J.Renar
“Elə ölülər var ki, bütün dirilərdən diridir. Elə dirilər də var ki, bütün ölülərdən ölüdür”.
R.Rollan
“Hər bir orqanizm doğulan gündən ölməklə məşğuldur”.
J.Russo
“Hamı öləcək, amma bu, cəza yox, qanundur”.
***
“Əgər inkişaf dayanıbsa, demək, qürub yaxındadır”.
***
“Müdrik insanın ölümü, qorxusuz ölümdür”.
Kiçik Seneka
“Ölümdən başqa hər şeyə çarə var”.
M.Servantes
“Zəhmət yaradıcılığa çevriləndə, təbii ki, ölüm qorxusu hətta fizioloji baxımdan yox olur”.
A.Tolstoy
“Hər şeyin yenidən başlaması üçün hər şey sona çatır – hamının yaşaması üçün hamı ölür”.
J.Fabr
“Ölmək tez və asan, yaşamaq çətin işdir”.
L.Feyxtvanger
“İnsan öləridir və onun ölümsüzlüyə qovuşmaq üçün yeganə yolu özündən sonra nəsə əbədi bir şey qoyub getməkdir”.
U.Folkner
“Həyatın məğzi olan tale və ölüm nadir hallarda xəbərdarlıqsız gəlir”.
S.Sveyq