Dövlət Tərcümə Mərkəzində İspaniya və Latın Amerikası ədəbiyyatı mövzusunda dəyirmi masa keçirilib. Dilimizə tərcümə edilmiş ədəbiyyat nümunələrinin seçimi və tərcümə keyfiyyətinin dəyərləndirilməsinə həsr olunan tədbirdə Moskva Dövlət Universitetinin dosenti, filologiya elmləri namizədi Yekaterina Feygina, tanınmış tərcüməçi Vilayət Hacıyev, Şərqi Avropa ölkələri üzrə aparıcı mütəxəssis Püstə Axundova, yazıçı - tərcüməçilər Saday Budaqlı, Yaşar Əliyev, Etimad Başkeçid, Nəriman Əbdülrəhmanlı və Mahir N. Qarayev iştirak edib.
Görüş zamanı İspaniya və Latın Amerikası ədəbiyyatının müasir mənzərəsi, Azərbaycanda aktuallığı, eləcə də məşhur Meksika yazıçısı Laura Eskivelin yaradıcılığı ətrafında fikir mübadiləsi aparılıb.