Elektron ədəbiyyat və sənət portalı

Yaponiya səfirliyinin rəsmisi Tərcümə Mərkəzində

Bölmə: Xəbər 28.10.2019

 

Yaponiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfirinin mədəniyyət və təhsil üzrə attaşesi cənab İşikava Daiki Dövlət Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan–Yaponiya ədəbi əlaqələri üzrə nəzərdə tutulan layihələr, Azərbaycan ədəbiyyatının Yaponiyada tanıdılması və yayımı, həmçinin Yaponiya ədəbiyyatı ilə Azərbaycan oxucusunun tanış edilməsi məsələləri müzakirə edilib, “Yaponiya ədəbiyyatı antologiyası”, “Yaponca–azərbaycanca lüğət”inin tərtibi və nəşri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qonağa Mərkəz tərəfindən Azərbaycan dilində ərsəyə gətirilmiş nəfis nəşrlər – dünya şöhrətli yapon yazıçıları  Akutaqava Rünoskenin “Tanrıların istehzası”  Kadzuo İşiquranın “O günlərdən qalanlar”  kitabları hədiyyə edilib.